İki fəndən dərs deyən müəllimlərin sertifikasiyası necə aparılacaq? - AÇIQLAMA - VİDEO
İki fəndən dərs deyən müəllimlərin sertifikasiyası onların seçimi əsasında aparılacaq. Müəllim hansı fənn üzrə sertifikasiyadan keçmək istəsə, ona bu istək üzrə imkan yaradılacaq.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, həmin müəllimlərin bir fəndən sertifikasiyası məqbul hesab edilir.
Amma tövsiyə olunur ki, müəllim hansı fəndən daha çox saat dərs deyirsə, sertifikasiya üçün də məhz o fənni seçsin. Müəllimlərin dərs saatları ilə bağlı məlumatlar isə yerli idarələrdən alınacaq.
Şöbə müdiri həmçinin bildirib ki, ibtidai sinif müəllimlərinin sertifikatlaşma imtahanlarının test mərhələsi artıq bitib və növbəti həftədən onların onlayn qaydada müsahibə mərhələsi başlayacaq.
Müəllimlər regional təhsil idarələrinə yaxınlaşaraq ordakı texniki şəraitə uyğun müsahibə mərhələsində iştirak edəcəklər və nəzərdə tutulan bir neçə meyar üzrə qiymətləndiriləcəklər.
Daha ətraflı videomaterialda:

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var