İki gəncin ölümünə görə hökm oxundu: 60-lıq yolda 120 ilə sürürmüş

İki gəncin ölümünə görə hökm oxundu: 60-lıq yolda 120 ilə sürürmüşÖtən il dekabrın 9-da Masallıda iki gəncin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş 1999-cu il təvəllüdlü Qorxmaz Hüseynovun məhkəməsi başa çatıb.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Toyota Corolla" markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun kənarında 20 yaşlı İslam Əliyev və 17 yaşlı İsa Cavadovu vuraraq ölümlərinə səbəb olan sürücüyə hökm oxunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Q.Hüseynov Cinayət Məcəlləsinin 263.3-cü (iki və ya daha çox şəxsin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi) maddəsi üzrə təqsirli bilinib.
Məlum olub ki, Q.Hüseynov hadisə vaxtı avtomobili maksimal sürət həddi saatda 60 kilometr təyin edilmiş yerdə 120 km/saatla idarə edib. O, qəza anında idarəetməni itirib və maşın yoldan çıxaraq kənarda yerləşən marketlərdən birinin qarşısında dayanmış iki gəncə çırpılıb. Nəticədə İslam Əliyev və İsa Cavadov hadisə yerində ölüblər.
Bildirilib ki, qəzada həyatını itirən İslam Əliyev həm də gənc şair olub, onun şeirləri bir neçə dəfə mətbuatda dərc edilib.
Məhkəmənin hökmü ilə Q.Hüseynova 7 il həbs cəzası verilib. Onun həbs müddətindən sonra 4 il avtomobil idarə etməsi də qadağan olunub.

Hadisə       Tarix: 03 iyun 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az valyuta mezennesi 2026 futbol xeberleri ən son xəbərlər