İki iranlı tələbənin Naxçıvanda şok planı - DTX ifşa etdi

İki iranlı tələbənin Naxçıvanda şok planı - DTX ifşa etdiNaxçıvan Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına xidmət etməkdə təqsirləndirilən Naxçıvan Dövlət Universitetində təhsil alan iki iranlı tələbənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.azOxu.az-a istinadla xəbər verir ki, hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə tələbələrdən biri 16, digəri isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, İran vətəndaşları 2020-ci ildə təhsil almaq adı ilə Naxçıvana gəliblər. Onlar 2019-cu ildə İranın xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb ediliblər. Onlar Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi vəziyyət, dövlət və digər qurumların İran İslam Respublikası vətəndaşlarına olan münasibəti, dövlət sirri hesab edilən Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında xidmət edən əməkdaşları haqqında, həmçinin onların ailə üzvləri, Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələr barədə mümkün kəşfiyyat məlumatlarının toplanması tapşırıqları alıblar.
Onlar ifadələrində bildiriblər ki, İranda olan zaman xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər və məcburiyyət qarşısında qalaraq Naxçıvana gəliblər. Onlardan biri 10 yaşında cinsi zorakılığa məruz qaldığı, İranda olarkən hökumət əleyhinə mitinqlərdə iştirak etdiyi üçün xüsusi xidmət orqanları tərəfindən şantaj edilib. Həmçinin ailə üzvlərinə görə də təhdid ediliblər. Bildiriblər ki, məcbur olduqları üçün İran xüsusi xidmət orqanlarının əməkdaşlarına məlumatlar veriblər.
Plana əsasən onlar Naxçıvanda yerləşən müxtəlif hüquq-mühafizə və strateji əhəmiyyətli dövlət orqanlarının inzibati binalarının və hərbi texnikanın fotoşəkillərini çəkməli, Naxçıvanda təhsil alan iranlı tələbələr barədə məlumatlar toplamalı, həmçinin universitetdə təhsil alan vəzifəli şəxslərin övladları barədə bilgilər əldə etməli imişlər. Bundan başqa, Naxçıvanda tələbələrin Təbrizdə təhsil almağa meyilləndirmək kimi öhdəlikləri də olub.
Dövlət Təhlükəsizliyi Xidməti onların planını ifşa edib. Həmin şəxslər tələbə yataqxanasında qalırlarmış. Onların otağına baxış keçirilən zaman maddi sübutlar aşkar edilib.
Müəyyən edilib ki, iranlı tələbələr əsasən Culfa sərhədindən İrana keçərək orada xüsusi xidmət orqanlarının əməkdaşlarına məlumatlar verirmişlər.
Həmçinin müəyyən edilib ki, onlar başqa bir plana uyğun olaraq Naxçıvan Dövlət Universitetinin ümumi işlər üzrə prorektoru Xəyal Camalovu "Şərq süfrəsi" restoranında yemək yeyərkən zəhərləməli imişlər.

Hadisə       Tarix: 03 may 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta sosial yardim krminal bu gun en sonxeber