İki ukraynalı hərbçi Almaniyada öldürüldü
Almaniyada iki Ukrayna vətəndaşına hücum olub.
KONKRET.azxəbər verir ki, şənbə günü axşam, aprelin 27-də onlar ticarət mərkəzində bıçaqlanıb. Biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.
Hadisə Almaniyanın Murnau-am-Staffelsee şəhərində yerli ticarət mərkəzinin ərazisində baş verib. Ölənlər 1987 və 2001-ci il təvəllüdlü Ukrayna vətəndaşlarıdır. Ukraynanın Münhendəki Baş Konsulluğundan verilən məlumata görə, təhlükəsizlik qüvvələri qətl törətməkdə şübhəli bilinən 57 yaşlı Rusiya vətəndaşını saxlayıb. Hazırda faktla bağlı araşdırma aparılır.
İstintaqın məlumatına görə, ölənlər hərbçilərdir. Almaniyada onlar tibbi reabilitasiyadan keçiblər. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinə və Münhendəki Baş Konsulluğa işi xüsusi nəzarətdə saxlamağı tapşırıb. Xarici işlər naziri Almaniya təhlükəsizlik qüvvələrinə də təşəkkür edib.
Jurnalistlərin məlumatına görə, ölənlər rusiyalı ilə birlikdə içki içiblər. İddialara görə, münaqişə baş verən zaman kişilər birlikdə istirahət ediblər.
Alman mətbuatı yazır ki, "Şahid ifadələrinə görə, hadisədə iştirak edən üç nəfər əvvəllər də bir yerdə görüntülənib".
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi