İlahiyyatçıdan Pərvin Abıyevaya DƏSTƏK – "Reklam üçün ibadət etməkdənsə

İlahiyyatçıdan Pərvin Abıyevaya DƏSTƏK – "Quran oxumağa çəkinirəm. Özümü nəinki ona layiq bilmək, hətta əlimə alıb oxumaq üçün çirkli hesab edirəm. Mənim üçün Quran, din o qədər önəmlidir ki... Bəlkə yanlış düşüncədəyəm, amma bu, belədir".
Aktrisa Pərvin Abıyevanın sosial şəbəkə hesabında açdığı son canlı yayımlardan birində dinlə bağlı dediyi bu fikirlər müzakirələrə səbəb oldu.
O, Quran və dini qaydalar haqqında çox ehtiyatla danışıb: "Bəzən içki içirəm, axmaq hərəkət edə bilərəm, əlim istər-istəməz kirlənir. Əgər Quran oxuyursansa, namaz da qılmalısan. İçki içməməlisən. Necə, Quranı oxuyum, sonra açıq geyinim, kluba gedim, çimərlik geyimi ilə dənizə yollanım. Düşünürəm ki, Quran oxuyanda başqa olmalısan.
Başımı bağlayım, Quran oxuyum, sonra gedib başqa şey edim... Adam tanıyıram ki, Quran oxuyur, gedib içki də içir, namaz da qılmır. Mən o vaxt oxuyacağam ki, bütün qaydalara əməl edə bilim. Dediklərim, bir az da indiki saxta hacılara aiddir. Həccə gedib, başqası ilə gəzir, arvadı evdə gözünün yaşını tökür. Özü isə restoranda qoluna taxıb müğənniləri... Elə olur ki, iki sevgilisini bir stolda əyləşdirir. Gözümlə şahidi olmuşam. Hacıdır, iki müğənni sevgilisidir". Məsələyə ilahiyyatçı Turan İrfanın fikirlərini öyrəndik.
azxeber.com Milli.Az-a istinadən xəbər verir ki, o, Bizim.Media-ya açıqlamasında bildirib ki, Pərvin Abıyeva əslində düz deyir: "Görünür səmimi adamdır. Başqası olsaydı, yalandan deyəcəkdi "gecələr qalxıb namaz qılıram, Məşhədə 5 dəfə getmişəm, 18 adamı da Həccə göndərmişəm və s."
Yəni, adamın bir mövqeyi var.
Haçansa özünü hazır hesab etsə, ola bilsin ibadət də etsin.Yəni dünya malı üçün, yaxud reklam üçün ibadət edib ziyarətə getməkdənsə elə Pərvin xanım kimi etmək yaxşıdır. Çünki din riyakarlığı, göstərişi sevmir. Göstəriş üçün edənlər bir vaxt ifşa olurlar. Peyğəmbər bir hədisində buyurur ki, "bir çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur."
Quran oxuyub ev yıxmaqdansa, oğurluq etməkdənsə, insanlara ziyan vurmaqdansa, oxumayıb düz olmaq, halal yaşamaq daha yaxşıdır. Çünki elə Quranın dediyi və tələb etdiyi də məhz düzlükdür". İlahiyyatçı təəssüflə qeyd edib ki, bəziləri şan-şöhrət üçün, yaxud pulları çox olduğundan gəzmək üçün Həcc ziyarətinə gedib, özlərinə titul taxdılar və sonra da xoşagəlməz işlər görüb o adı ləkələdilər: "Əvvələr "hacı" deyəndə rəhmətlik xeyriyyəçi Hacı Zeynəlabidin Tağıyev yada düşərdi, indi isə "hacı" deyəndə müğənni saxlayan oliqarxlar yada düşür. Onu da demək lazımdır ki, dində "hacı, kərbəlayi, məşədi..." kimi rütbə və ya titullar yoxdur. Bunu həmin ziyarət əsnasında insanlar adlarını bilmədikləri ziyarət yoldaşlarına xitab edəndə deyirlər.
Məsələn, "Hacı, zəhmət olmasa mənə yol verin", "Məşhədi, siz də Bakıdan gəlmisiniz?" Ancaq ziyarətdən döndükdən sonra bu kimi təbirlər dinimizdə yoxdur. Ona qalsa ilk "hacı" Həzrət Peyğəmbərimiz özü olub. Yaxud İmamlar olub. Hardasa eşitmisiniz ki, yazsınlar yaxud desinlər "Hacı Məhəmməd əleyhissəlam?" ya da "Hacı İmam Əli əleyhissəlam?" Bunu görə bilməzsiniz.
Deməli, belə nümunə tarixdə yoxdur.
Həccə gedib gələn adam gərək bütün davranışlarına diqqət etsin. Çünki Həcc kiçik Qiyamət hesab olunur. İnsanların yaradanı ilə sanki görüşməsi timsalındadır. Həccə gedib, hələ o adı da üzərinə götürüb aşkarda günah işləri reklam etmək yalnız dini hörmətdən salmaqdır. Din arvadbazlıq, eşqbazlıq vasitəsi deyil. Din əxlaqdır, mənəviyyatdır.
Adam həm namaz qılıb, Quran oxuyub, həm də pis işlərlə məşğul olursa, günahını reklam edirsə o mömin yox, münafiqdir. Yəni, ikiüzlüdür. Adamın yolu bir olar. Ya o tərəfə keç, ya bu tərəfə. Quranı oxumaqdan çox, əməl etmək lazımdır. Bəlkə adam elə bir xeyirxah iş görür ki, hər gün oturub Quran oxumaqdan daha çox savab qazanır. Yəni din təkcə namaz qılıb, Quran oxumaqdan ibarət deyil".

Şou Biznes       Tarix: 13 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"


azerbaycan xeberleri son xeberler yeni xeberler krminal bu gun maliyye xeberler bugun iqtisadiyyat xeberleri bugun meherremlik 2026