İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi
Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Aleksandr Qriqoryeviç.
Sizi və Sizin şəxsinizdə bütün qardaş Belarus xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl dəyişikliklər və struktur islahatları ölkənizin sosial-iqtisadi inkişafında, vətəndaşların rifahının təmin edilməsində yüksək nəticələr qazanılması üçün etibarlı təməl olub.
Azərbaycan və Belarus xalqlarını tarixən formalaşmış dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Sevindirici haldır ki, dövlətlərarası konstruktiv dialoq ildən-ilə daha məzmunlu və dinamik olur.
Əminəm ki, ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafı və möhkəmlənməsi, habelə çoxplanlı Azərbaycan-Belarus qarşılıqlı əlaqələrinin sanballı potensialından istifadə edilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcək.
Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Belarus Respublikasına isə firavanlıq və əmin-amanlıq arzu edirəm". /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı