İlham Əliyev bir neçə qanunda dəyişiklik etdi

İlham Əliyev bir neçə qanunda dəyişiklik etdiAzərbaycan Respublikasının Gömrük Məcəlləsində, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Baytarlıq haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. 
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa  aşağıdakı məzmunda V fəsil əlavə edilib:
"V f ə s i l
ƏHALİNİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİ
Maddə 28. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi
28.1. Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq əhalinin və hər bir vətəndaşın ərzaq təhlükəsizliyini təmin edir.
28.2. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Maddə 29. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri
29.1. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
29.1.1. qida məhsullarının istehsalının artırılması və ərzaq bazarının tənzimlənməsi sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
29.1.2. əhalinin ərzaq təhlükəsizliyinə dair məqsədli dövlət proqramları hazırlamaq və icrasını təmin etmək;
29.1.3. qida məhsulları üzrə dövlət ehtiyatları yaratmaq, onların formalaşdırılmasını, saxlanılmasını, istifadəsini və tənzimlənməsini təşkil etmək;
29.1.4. qida məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən ərzaq balansı hazırlamaq və əhalinin qida məhsulları ilə təminatını proqnozlaşdırmaq;
29.1.5. ərzaq böhranı və fövqəladə hadisələr zamanı əhalinin qida məhsulları ilə təchizatını tənzimləmək, o cümlədən normativ ərzaq bölgüsünü və digər xüsusi təminat rejimlərini müəyyən etmək;
29.1.6. ərzaq bazarının tənzimlənməsi və qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktlar qəbul etmək;
29.1.7. əhalinin qida məhsulları ilə təmin edilməsində dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək;
29.1.8. əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində digər vəzifələri həyata keçirmək.
Maddə 30. Dövlət ərzaq ehtiyatları
30.1. Dövlət ərzaq ehtiyatları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılır.
30.2. Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsidir və aşağıdakı məqsədlər üçün istifadə edilir:
30.2.1. qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının qida məhsullarına olan ehtiyacını ödəmək;
30.2.2. iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə qida sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək;
30.2.3. ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək.
30.3. Dövlət ərzaq ehtiyatlarının bu Qanunun 30.2.1-ci maddəsi ilə müəyyən edilmiş haldan başqa məqsədlər üçün istifadəsinə yol verilmir.
30.4. Dövlət ərzaq ehtiyatlarının tədarükü üçün illik büdcə proqnozlarında müvafiq vəsait həcmi nəzərdə tutulur.
30.5. Dövlət ərzaq ehtiyatlarına ərzaq tədarükü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarla (qurumlarla) istehsalçılar arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir.
30.6. Dövlət ərzaq ehtiyatları müvafiq icra hakimiyyəti orqanının müəyən etdiyi orqanın (qurumun) sərəncamında olur.
30.7. Dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, formalaşdırılması, saxlanılması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 31. Ərzaq bazarının dövlət tənzimlənməsi
31.1. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur.
31.2. Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına (tədarükünə) dair məlumatlar ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir.
31.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər 15 iş günü müddətində təqdim etməlidirlər.
31.4. Bu Qanunun 31.2-ci və 31.3-cü maddələrində müəyyən edilmiş məlumatları təqdim etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunurlar.
31.5. Ərzaq bazarının dövlət tənzimlənməsi iqtisadi yollarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:
31.5.1. qida məhsulları istehsalının stimullaşdırılması, minimum keyfiyyət göstəricilərinin normalaşdırılması və sertifikatlaşdırılması;
31.5.2. qida zəncirində fəaliyyətin uçotu və nizamlanması;
31.5.3. ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi və yerli istehsalçıların hüquq və mənafelərinin qorunması;
31.5.4. istehsalçıdan istehlakçılara çatdırılana qədər qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət;
31.5.5. ərzaq proqramlarının hazırlanmasının və həyata keçirilməsinin xarici sərmayələr də cəlb edilməklə maliyyələşdirilməsi".
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda 18.66-1-ci maddə aşağıdakı redaksiyada verilib:
"18.66-1. Qida təhlükəsizliyi sahəsində:
18.66-1.1. ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi - 25 manat;
18.66-1.2. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsi – 25 manat;
18.66-1.3. qida obyektlərinin "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsi – 150 manat".
Həmin qanunun 18.67-1-ci maddə ləğv edilib. 
"Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa 14.6-cı maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
"İdxalçı ölkələr tələb etdiyi hallarda ixrac olunan heyvan mənşəli qida məhsullarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər".
Dövlət başçısı "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Baytarlıq haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 789-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.  / azxeber.com

Siyasi       Tarix: 20 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

"Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur

Azərbaycan Cənubi Qafqazda pilotsuz sistemlərin ən qabaqcıl və institusional cəhətdən hazırlıqlı operatoru olaraq qalır və həm müasir PUA-ların alınması, həm də yerli istehsalın inkişafı sahəsində imkanlarını ardıcıl genişləndirməy

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürle

Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir

Dövlət başçısı İlham Əliyev bu ilin fevral ayında keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu çağırışı etdi ki, süni intellektin tətbiqi, data mərkəzlərini

Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi

Müasir dövrdə rəqəmsal texnologiyalar, süni intellekt, məlumat resurslarının idarə olunması və kibertəhlükəsizlik imkanları dövlətlərin inkişaf səviyyəsini və beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdə

Nazir: 'Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nd

ABŞ helikopteri qəza keçirdi: İtkin düşənlər var

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS George H.W. Bush" təyyarədaşıyan gəmisinə təhkim olunmuş "MH-60S Seahawk" helikopteri Ərəbistan dənizində qəzaya uğrayaraq suya düşüb. Bu barədə ABŞ-nin Beşinc

Azərbaycan XİN ABŞ-ni təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. Bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Amerika Birləşmiş Ştatlar

Gerasimov barəsində cinayət işi başlandı

Kiyevə hücumdan sonra Ukraynada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimova qarşı cinayət işi açılıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbua

Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"

Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının üzvü, sabiq deputat Arman Abovyan ölkədə qanunvericilik sisteminin və Konstitusiyanın dəyişdirilməsi prosesini kəskin tənqid edərək hakimiyyəti dövlətçiliyin əsasların


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər az cəbhədən video maşın realiti şou son xeberler az