İlham Əliyev Edmondo Çiriellini qəbul etdi

İlham Əliyev Edmondo Çiriellini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib.
azxeber.com xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı və cari ilin əvvəlindən indiyədək, İtaliyanın 3 nazirinin, həmçinin bu gün nazir müavinin ölkəmizə səfərinin əlaqələrimizin çox yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin böyük hissəsinin energetika sahəsi ilə bağlı olduğunu dedi, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımların Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirdiyini vurğuladı.
Dövlətimizin başçısı, eyni zamanda, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu xatırladaraq, ticarət dövriyyəsinin əsas hissəsinin Azərbaycanın neft-qaz ixracını təşkil etdiyini dedi və bu baxımdan əməkdaşlığımızın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımların atılmasının zəruriliyini qeyd etdi.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi haqqında məlumat verərək ölkəmizin İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərlə çıxış etdiyini diqqətə çatdırdı.
Azərbaycan Prezidenti Edmondo Çiriellinin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirdi.
Azərbaycan-İtaliya əlaqələrinin minilliklərlə yaşı olduğunu qeyd edən Edmondo Çirielli münasibətlərimizin kökünün hətta antik dövrlərə gedib çatdığını vurğuladı. Azərbaycanın İtaliya üçün çox önəmli ölkə olduğunu deyən qonaq Cənubi Qafqazda sabitlik baxımından ölkəmizin strateji əhəmiyyətini qeyd etdi, Azərbaycanın regionda müstəqil və suveren siyasət apardığını vurğuladı. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

Siyasi       Tarix: 03 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

İyulun 3-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək. xəbər verir ki, yük Biləcəri stansiyasından yola salınacaq

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

Azərbaycan və Ermənistan vətəndaşları üçün itkin düşmüş şəxslər, eləcə də onların dəfn yerləri barədə məlumatların konfidensial qaydada (anonim şəkildə) təqdim edilməsi imkanı yaradılacaq. KONKRET.aztrend-ə istinadən xəbə

Prezidentin Lyayenlə geniş tərkibdə görüşü oldu

İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, Azərbaycanın bu gün Avropa İttifaqının strateji tərəfdaş

Xamenei atasının dəfnində iştirak edəcək?

Müctəba Xameneinin keçmiş rəhbər və atası Əli Xameneinin dəfn mərasimində iştirak edib-etməyəcəyi barədə qərar bizim səlahiyyətimizə aid deyil. xəbər verir ki, bunu Əli Xameneinin dəfn mərasimi üzrə qərargahın katibi Əl

"Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı" - Prezident

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətləraras

Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"

Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının üzvü, sabiq deputat Arman Abovyan ölkədə qanunvericilik sisteminin və Konstitusiyanın dəyişdirilməsi prosesini kəskin tənqid edərək hakimiyyəti dövlətçiliyin əsasların

ABŞ İsraildəki daimi səfirliyinin tikintisi üçün saziş imzaladı

ABŞ və İsrail Qüds şəhərində Amerikanın daimi səfirliyinin tikintisi ilə bağlı saziş imzalayıb. Kompleksin inşası üçün torpaq sahəsinin ayrılmasını nəzərdə tutan sənədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi və İsrailin xaric

Türkiyənin qorxulu düşməni İrana qarşı hərəkətə keçdi – Sərhəddə SENSASİYA

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərbində silahlı qrupların tamamilə zərərsizləşdirildiyini açıqlayıb. Məlumata görə, əməliyyat İran Kürdüstanı Demokrat Partiyası ilə əlaqəli olduğu iddia edilə

Azərbaycan–Aİ tərəfdaşlığı yeni üfüqlərə doğru irəliləyir - Hikmət Hacıyev

Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin fotosunu paylaşıb. xəbə


azerbaycan xeberleri son xeberler yeni xeberler hava sou xeberler son xəbərlər bugün 2026 havanın temperaturu