İlham Əliyev: 'Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir
"Bu gün TEKNOFEST festivalı bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "TEKNOFEST Azərbaycan" Festivalında çıxışı zamanı deyib.
"Teknofest" elm, inkişaf, bilik, texnologiya bayramıdır. Festivalda iştirak edən gənclər əminəm ki, bu tarixi hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar. Festivala Əziz Səncər də təşrif buyurdu. Əziz Səncərlə əvvəlki görüşümü xatırlayıram, mənə dedi ki, onun hər zaman böyük arzusu var idi: Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdi. Bildirmişdi ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə olmuşam, Şuşanı da gördüm və bizi də çox xoşbəxt etdi. Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türkçü, həm də vətənpərvər insan. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız", - İlham Əliyev qeyd edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun