İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılara müraciət ünvalayıb.
azxeber.com xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib.
Müraciətdə deyilir:
"Sizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasında salamlayıram.
Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.
Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir. Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir. Bu xüsusda, "İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası" bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir. Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.
Torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərimizin, o cümlədən faydalı qazıntı yataqlarımızın xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurmuşdur. Bu cinayətlər nəticəsində əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılmışdır.
Rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır. Müvafiq hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Əminəm ki, Bakıda aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın daha da güclənməsinə, etimadın möhkəmlənməsinə və ölkələrimizin dayanıqlı inkişafına xidmət edəcəkdir.
İclasın işinə uğurlar arzulayıram".

Siyasi       Tarix: 28 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasını

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir' - İlham Əliyev

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir". AZƏRTAC-a istinadə

Pezeşkan Rusiyaya getdi

İran Prezidenti Məsud Pezeşkian səkkizinci Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün Moskvaya gəlib. KONKRET.azTASS-a istinadən xəbər verir ki, səfər zamanı Pezeşkian sammitdə çıxış edəcək, Rusiy

Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN

Azərbaycan Yaponiyanın dəyərli tərəfdaşı olaraq beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regionda sabitliyin qorunub saxlanılmasında və inkişafın təşviqində mühüm rol oynayır.  xəbər verir ki, bun

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin hökumətdə yerdəyişmələri təsdiqləyib. APA-ya istinadla xəbər verir ki, dəyişikliklər baş nazirin müavinlərinə, hökumət aparatına və Nəqliyyat Nazirliyinə təsir edib. Belə ki, Yuri Trutne

Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır

Azərbaycan və Hindistan arasında münasibətlərin əsasında qədim tarixi və mədəni bağlar dayanır. Hindistan 26 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 2

Ərdoğanın jestinə Bakının sükutu – Əliyev Ankaraya gedir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib ki, "İnanıram ki, türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq"

Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib

Moldova Xarici İşlər Nazirliyi Rumıniya sahillərində göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisinə Rusiyanın endirdiyi zərbəni pisləyib. xəbər verir ki, bu barədə Moldovanın xarici siyasət idarəsini

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək

Azərbaycan və Avstriya xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu 2026-cı ilin noyabrında Bakıda keçiriləcək. xəbər verir ki, bunu azərbaycanlı diplomat Nərgiz Qurbanova Avstriyanı


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal xeber son xeberler bugun 2026 canli sonxəbərlər cəbhədən görüntülər