İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşdü - FOTO

İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşdü - FOTOMayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda Moldova Respublikasının Baş naziri Dorin Reçan ilə görüşüb.
azxeber.com xəbər verir ki, Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən Moldovanın Baş naziri dövlətimizin başçısının "Avropa siyasi birliyi"nin Zirvə toplantısında iştirakına görə minnətdarlığını ifadə etdi. Dorin Reçan Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. O, Ümummilli Liderin nümunəvi şəxsiyyət olduğunu vurğuladı.
Prezident İlham Əliyev "Avropa siyasi birliyi"nin Zirvə toplantısının Moldovada keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Baş nazir Azərbaycanın Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan ilə Moldova arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirildi. Hazırkı ticarət dövriyyəsinin qənaətbəxş olmadığı qeyd edildi. Ticarət dövriyyəsinin şaxələndirilməsinin vacibliyi diqqətə çatdırıldı. Bu xüsusda hökumətlərarası komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edildi. Moldovanın üzümçülük və şərabçılıq sahəsində geniş təcrübəsinin, Azərbaycanın da bu sahədə zəngin ənənələrinin olduğu vurğulandı. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirildi.
Dövlətimizin başçısı Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət etdi.
Dəvət məmnunluqla qəbul olundu.
İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşdü - FOTOİlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşdü - FOTOİlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşdü - FOTO

Siyasi       Tarix: 01 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeberler bugun 2026 azerbaycan ən son xəbərlər cəbhədən şad xəbər