İlham Əliyev onlara müraciət ünvanladı

İlham Əliyev onlara müraciət ünvanladıAzərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb.
KONKRET.azmüraciətin mətnini təqdim edir:
"Hörmətli tədbir iştirakçıları!
Sizi Bakı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşündə səmimi-qəlbdən salamlayıram.
Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər etmişdir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Türk dünyası bütün dövrlərdə dahi şəxsiyyətlərin, alimlərin, mütəfəkkirlərin vətəni olmuşdur. Xalqlarımızın zəngin elmi və mədəni irsi, böyük insan kapitalı və artan innovasiya potensialı TDT çərçivəsində əqli mülkiyyət sahəsində əməkdaşlığın ayrıca istiqamət kimi formalaşması və sıx qarşılıqlı fəaliyyət üçün imkanlar yaradır. Bu xüsusda, müvafiq qurumların rəhbərlərinin görüşlərinin təşkili təqdirəlayiq haldır. Ötən il Bişkek şəhərində keçirilmiş ilk görüş bu sahədə atılmış əhəmiyyətli addım idi.
Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir. Bu prosesdə texnoloji tərəqqinin yaratdığı imkanlardan səmərəli yararlanmaqla yanaşı, müəllif və ixtiraçıların hüquqlarının etibarlı qorunması, innovasiyaların təşviqi və cəmiyyətin maraqları arasında optimal tarazlığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, habelə süni intellektin tətbiqinin genişləndirilməsi sahəsində elmi tədqiqatların və ixtisaslı kadr potensialının gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır. Azərbaycanda əqli mülkiyyət hüququnun əsasları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuş və sonrakı illərdə daha da təkmilləşdirilmişdir.
Əminəm ki, Bakı görüşü zamanı aparılacaq müzakirələr, irəli sürüləcək təşəbbüslər əqli mülkiyyət institutları arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, Türk dünyasının qlobal rəqabətdə geri qalmamasının təmin edilməsi məqsədilə hərtərəfli inkişaf üçün əlverişli mühitin formalaşmasına töhfə verəcəkdir.
Tədbirin işinə uğurlar arzulayıram".

Siyasi       Tarix: 12 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib. paylaşımı təqdim edir:

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb. KONKRET.azmüraciətin mətnini təqdim edir:. "Hörmətli tədbir iştirakçıları!

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanı

Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycanın Avstriya Respublikasında yeni təyin olunmuş səfiri Kamil Xasiyev etimadnaməsini Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellene təqdim edib. xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadak

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi

Davamlı sülh yalnız hərbi əməliyyatların başa çatması ilə deyil, barışıqla da təmin oluna bilər. -a istinadla xəbər verir ki, bu barədə Türkiyə parlamentinin deputatı, Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğl

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qazaxıstan Mərkəzi Asiya dövlətləri və Azərbaycan tərəfindən süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamağı təklif edib. KONKRET.azazərtac-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezident

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Amerika lideri Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. MƏLUMAT YENİLƏNİR…

Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfəri çərçivəsində oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib. Azərbaycan 2025-ci ilin noyabrınd

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Xəzərin səviyyəsinin enməsi ilə bağlı dövlətlərarası komissiyasının ilk iclası 2027-ci ilin ilk yarısında Azərbaycanda keçiriləcək. Bu barədə beş Xəzəryanı dövlətin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) başçısını


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler bu gun bu gunun xeberleri iqtisadiyyat xeberleri bugun xəbər.az