Nazir Ermənistana daşınan yüklərdən danışdı
Azərbaycan-Gürcüstan nəqliyyat əlaqələrində yeni imkanlar yaranıb. Ermənistan istiqamətində yük tranzitinin təmin olunması və neft məhsullarının bu ölkəyə Gürcüstan üzərindən çatdırılması regional əməkdaşlıq baxımından mühüm addım kimi qiymətləndirilir.
azxeber.com xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası və insanlar arasında təmasların intensivləşməsi də müsbət məqamlar sırasındadır.
C.Bayramov qeyd edib ki, Azərbaycan uzun müddət Avropa ilə Mərkəzi Asiya, eləcə də Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrində Gürcüstanın rolunu yüksək qiymətləndirib. Onun sözlərinə görə, ötən ildən etibarən Azərbaycanın Ermənistana gedən yüklərin tranzitinə icazə verməsi ilə yeni imkanlar yaranıb və bu daşımalar Gürcüstanın nəqliyyat sistemi vasitəsilə həyata keçirilir.
XİN rəhbəri əlavə edib ki, ötən ilin sonundan başlayaraq Ermənistana bir sıra malların, o cümlədən neft məhsullarının tədarükünə başlanılıb. Bu yüklərin tranziti də Gürcüstan ərazisindən həyata keçirilir.
Nazir Gürcüstanın Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda etimad quruculuğuna və regional əməkdaşlığa müsbət töhfə verdiyini vurğulayıb.
Aynur Babazadə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…