İlham Əliyev Səudiyyə Ərəbistanının Baş prokurorunu qəbul etdi

İlham Əliyev Səudiyyə Ərəbistanının Baş prokurorunu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
azxeber.com xəbər verir ki, dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd etdi. Səudiyyə Ərəbistanı Krallığına səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər zamanı göstərilən qonaqpərvərliyin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərini bir daha nümayiş etdirdiyini bildirdi.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığına xüsusi rəğbətlə yanaşılır. Çünki Səudiyyə Ərəbistanı Krallığı dünyanın nadir ölkələrindəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bunun səbəbi isə torpaqlarımızın işğal altında olması idi. Prezident İlham Əliyev qeyd etdi ki, biz bu mövqeyi çox yüksək qiymətləndiririk. Dövlətimizin başçısı bildirdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması erməni vəhşiliyini, azad edilmiş torpaqlarda hər şeyin, o cümlədən 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdıldığını bütün dünyaya göstərdi.
Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən sonra iqtisadi sahədə, o cümlədən energetika sahəsində əməkdaşlıq imkanlarının daha da artdığını vurğulayan Prezident İlham Əliyev bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının böyük şirkətlərinin Azərbaycana maraq göstərməsinin məmnunluq doğurduğunu bildirdi, bu ölkənin "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını bunun yaxşı nümunəsi kimi qiymətləndirdi.
Beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəklədiyini vurğulayan dövlətimizin başçısı, eyni zamanda, insanlar arasındakı əlaqələrin, qarşılıqlı səfərlərin və turistlərin sayının artmasının əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etməsi üçün yaxşı zəmin yaratdığını bildirdi.
Prezident İlham Əliyev Şeyx Səud bin Abdullah Əl Müacibin səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
Şeyx Səud bin Abdullah Əl Müacib İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda çatdırmağı xahiş etdi.
Azərbaycanda gördüyü inkişaf proseslərinin onlarda sevinc hissi doğurduğunu bildirən qonaq dedi: "Ölkənizin əldə etdiyi inkişafla bağlı Sizi təbrik etmək istəyirəm. Biz Azərbaycan haqqında, ölkənizin iqtisadi, ictimai və sosial sahələrdə əldə etdiyi nailiyyətlər barədə çox eşitmişik. Xüsusilə, böyük Qələbəniz, torpaqlarınızı qısa vaxt ərzində azad etdiyinizə görə Sizi təbrik edirik".
Şeyx Səud bin Abdullah Əl Müacib 10 may - ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində onun xatirəsini dərin ehtiramla yad etdi.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Siyasi       Tarix: 09 may 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?

"Ankara Zirvəsi NATO üçün adi toplantı deyil, alyansın yeni təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək platformadır. Çünki gündəmdə təkcə Ukraynaya dəstək yox, həm də müdafiə xərclərinin artırılması, Avropanın dah

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verdi

Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmaların

Azərbaycanla daha bir ölkə viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. İordaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:. 1. 1-ci madd

Rusiyadakı azərbaycanlılara BƏD xəbər - Bundan sonra

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafi

Trampı Ankarada Ərdoğan qarşıladı

ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Ankarada səfərdədir. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. ABŞ liderini hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Qey

Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən -a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəməd

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında

Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı

Pakistan ilə Qətər ABŞ və İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir. xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ-ın İrana hücumları bərpa olunub. AB


yeni xeberler azerbaycan xeberleri son xeberler hava en son xeberleri xeberler az son xeber 2026