İlham Əliyev Vətən müharibəsində hərbi əməliyyatların hər birinə birbaşa rəhbərlik edib
44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Vətən müharibəsi, "Dəmir yumruq" əməliyyatı, 2-ci Qarabağ savaşı, Böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq bir iki il ötür…
44 günlük şanlı Vətən müharibəsi nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu bəyanat nəticəsində Kəlbəcər, Ağdam və Laçın da Azərbaycana qaytarıldı. Uzaqgörən liderimizin bu razılaşmaya imza atmasının səbəbi daha çox qan tökülməsinin qarşısını almaq idi. 44 günlük şanlı qələbə şəhidlərimizin canı və qanı bahasına əldə olub.
44 günlük Vətən müharibəsində qələbənin memarı Ali Baş komandan İlham Əliyevdir.
Politoloq Qabil Hüseynov azxeber.com-a 44 günlük müharibədə qələbənin qazanılmasında İlham Əliyevin rolunu belə şərh edib:
"Sözsüz ki, İlham Əliyevin müharibədə rolu böyükdür. Prezident müharibə zamanı həyata keçirilən hərbi əməliyyatların hər birinə birbaşa rəhbərlik edib. Müharibədə həyata keçirilən taktikanın hər birinə şəxsən özü imza atıb. Ən böyük rollarından biri isə, müharibə zamanı aparılan təbliğat kampaniyasının qurulmasıdır. Onu xüsusi qeyd etmək lazımdır ki, müharibə zamanı bir neçə beynəlxalq dildə, dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə məlumat və müsahibələr verməklə həqiqətləri bütün dünyaya çatdırmaqda mühüm rol oynayırdı. Buna görə də ölkə prezidentini müharibədə Alo Baş Komandan kimi, həm də müharibənin ideologiyası və təbliğatında öncül rolunu xüsusi vurğulamaq istəyirəm".
Günel Hüseynli


Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var