İlham Əliyevdən sərəncam: AMEA prezidenti komissiya üzvlüyündən çıxarıldı
"Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli Sərəncamında dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, qlobal və regional iqlim dəyişmələrinin mənfi təsirinin qarşısının alınması ilə əlaqədar milli strateji proqramın və layihələrin, habelə atmosferə atılan və parnik effekti yaradan qazların kadastrının hazırlanmasını, həmin qazların monitorinqinin, habelə ekologiya, səhiyyə və iqtisadiyyatın enerjitutumlu sahələrində müasir tələblərə cavab verən elmi-tədqiqat işlərinin aparılmasını, bu sahədə kadrların hazırlanmasını, BMT-nin yuxarıda adı çəkilən konvensiyasından irəli gələn digər öhdəliklərin yerinə yetirilməsini təmin etmək, habelə bunlar üçün elmi-texniki yardım, maliyyə vəsaiti və müasir texnologiyaların alınmasını təşkil etmək məqsədi ilə yaradılmış Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib.
Belə ki, elm və təhsil nazirinin adı komissiyanın tərkibinə daxili edilib.
Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti isə komissiya üzvlüyündən çıxarılıb. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir