İlham Əliyevin diplomatik məharəti sayəsində bütün dünya Azərbaycanın qələbəsini qəbul etdi' - Deputat

İlham Əliyevin diplomatik məharəti sayəsində bütün dünya Azərbaycanın qələbəsini qəbul etdi' - Deputat"Azərbaycan dövləti Ermənistanın bel sütununu qırdı və özünü qalib dövlət, qalib xalq kimi dünyaya nümayiş etdirdi. Bu qələbənin əsas səbəbkarı olan Müzəffər Ali Baş Komandan Azərbaycan xalqının tarixinə özünü qalib sərkərdə kimi əbədi olaraq həkk etdirdi".
Bu sözləri azxeber.com-a açıqlamasında millət vəkili Fəzail Ağamalı 44 günlük Vətən müharibəsi və qazandığımız zəfərdən danışarkən deyib.
Deputat qeyd edib ki, cənab İlham Əliyevin dünyanın güclü orduları sırasına qatdığı ordumuz hesabına ermənilərin məkrli planları alt-üst oldu:
"8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur və şərəf tarixinin ən şanlı səhifələrindən biridir. 27 sentyabr 2020-ci ilə qədər dünya erməniliyi güc mərkəzlərinin hərtərəfli yardımı və köməyi ilə Azərbaycan torpaqlarını işğal edərək, onun ərazisini genişləndirərək qondarma Ermənistan dövlətini yaratmış və dənizdən-dənizə  "Böyük Ermənistan" qurmaq kimi sərsəm iddialarla yaşamışlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yaradaraq dünyanın güclü orduları sırasına qatdığı igid əsgər və zabitlərimizin və onların tökdüyü qan hesabına erməni vandallarının bu məkrli planları alt-üst oldu. Silahlı Qüvvələrimiz sentyabrın 27-dən başlayaraq noyabrın 8-nə qədər bir gün belə dayanmadan tutmuş olduğu mövqeləri geri vermədi. Sözünün həqiqi mənasında bütün dünyaya nümunə olacaq qəhrəmanlıq göstərdi, Ermənistan ordusunu darmadağın etdi. Bununla Azərbaycan dövləti Ermənistanın bel sütununu qırdı və özünü qalib dövlət, qalib xalq kimi dünyaya nümayiş etdirdi. Bu qələbənin əsas səbəbkarı olan Müzəffər Ali Baş Komandan Azərbaycan xalqının tarixinə özünü qalib sərkərdə kimi əbədi olaraq həkk etdirdi".
 İlham Əliyevin diplomatik məharəti sayəsində bütün dünya Azərbaycanın qələbəsini qəbul etdi' - DeputatDeputat qeyd edib ki, Ermənistan və onu himayə edən dövlətlərin qarşısında Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev kimi qətiyyətli, yüksək təşkilatçılıq imkanları olan mahir diplomat olan bir lider var:
"Ermənistan kapitulyasiya aktına imza atmasına baxmayaraq, bu günə qədər də məğlubiyyəti ilə barışa bilmir. Azərbaycanın zəfərini həzm etməyi bacarmır. Ən müxtəlif şəkildə Azərbaycana qarşı yenə də məkrli məqsədlərini həyata keçirməyə çalışır. Fərq etməz, bu gün Köçəryan, Sarkisyan quldur dəstələri, onların ətrafında olanlar və hazırda hakimiyyətdə olan Paşinyan da başqa bir formada revanşist mövqelərindən əl çəkməyiblər. Ən müxtəlif vasitələrlə, yollarla bu gün yanlarında xüsusi yer alan Fransanın və İranın fəal köməyi ilə təxribatlar törədir, Azərbaycanın mövqelərinə hücumlar təşkil edir və beləliklə itirdiyini yenidən qazanmağa çalışır. Lakin bütün bunların hamısı əbəsdir. Çünki bu gün Ermənistanla bərabər onu himayə edən dövlətlərin qarşısında güclü Azərbaycan dövləti, qardaş Türkiyə ilə bağlamış olduğumuz Şuşa Bəyannaməsinin bizə vermiş olduğu geniş imkanlar, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev kimi qətiyyətli, yüksək təşkilatçılıq imkanları olan mahir diplomat olan bir lider var. Azərbaycan xalqının dövlətin və Prezidentinin yanında olması kimi, Silahlı Qüvvələrinin yanında olması kimi fenomenal bir gerçəklik var".
Fəzail Ağamalı bildirib ki, Prezident İlham Əliyev ən müxtəlif danışıqlarda da Azərbaycanın üstün mövqeyini təmin edir:
"Müharibənin bitməsinə baxmayaraq, indi mübarizə diplomatik müstəvidə öz kəskin gündəliyini yaşamaqdadır. Burada da cənab Prezident master-klas nümayiş etdirməkdədir. Beynəlxalq münasibətlər sistemini çox yaxşı bilən və yaranmış situasiyanı öz xeyrinə ustalıqla dəyişməyi bacaran cənab Prezident İlham Əliyev artıq ən müxtəlif danışıqlarda da Azərbaycanın üstün mövqeyini təmin edir və əldə etmiş olduğumuz tarixi qələbəni həm ermənilərə, həm də onu himayə edən dövlətlərə qaşıq-qaşıq yedirtməkdədir. Onlar artıq Azərbaycan həqiqətlərini cənab Prezidentin iradəsi və yüksək diplomatik məharəti ilə qəbul etməkdə davam edirlər. Son vaxtlar Avropa İttifaqı, eyni zamanda Kremlin vasitəsilə aparılan danışıqlarda da Azərbaycan Prezidenti özünün kəskin mövqeyindən və müəyyənləşmiş olduğu hədəflərdən zərrə qədər çəkinmir. Öz mövqeyini daha da möhkəmləndirir, Ermənistanı küncə sıxmaqda davam edir".
Deputat həmçinin əlavə edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan dövləti bu gün də qətiyyətli mövqeyini ortaya qoyur:
"Zəlil və rəzil duruma düşən Ermənistan indiki durumda Fransa və İran tərəfindən xüsusi fəallıqla müdafiə olunur. Ona yardımlar edilir, silah-sursat göndərilir. O, yeni-yeni təxribatlara həvəsləndirilir. Sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistanla bütün sərhəd boyu istiqamətlərdə geniş miqyas alan erməni təxribatı qəhrəman Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edildi. Ermənilərə bir daha ağır zərbələr vuruldu. 4 yüzdən yuxarı erməni əsgəri məhv edildi. Olduqca ciddi əhəmiyyət kəsb edən strateji yüksəkliklərimiz geri qaytarıldı. Ermənilərin bu təxribatları yenə də onlara dərs olmadı. Ondan sonra da sərhədboyu müxtəlif məntəqələrimiz yenə də atəşə tutulur, lakin onlar layiqli cavablarını alırlar. Bu zəmində İranın son vaxtlar fəallaşması və Ermənistanı açıq şəkildə himayə etməsi bizi təəccübələndirmir. Çünki İran Azərbaycan müstəqillik qazandıqdan və Ermənistanın Azərbaycana təcavüzünün başladığı gündən bu günə də qədər Ermənistanın yanında olub. Son vaxtlara qədər onun Ermənistanın yanında olması pərdələnirdi. Daha çox gizli şəkildə həyata keçirilirdi. Artıq bir neçə aydır ki, İran bütün hədləri keçərək nankorcasına Azərbaycana qarşı Ermənistan qədər düşmənçiliyini nümayiş etdirir. Onun siması artıq bəllidir, üzünü tutduğu niqab artıq götürülüb, pərdələr açılıb. İranın Azərbaycana qarşı düşmənçilik mövqeyi bütün mənalarda özünü göstərir.
Ona görə də, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan dövləti bu gün qətiyyətli mövqeyini bir daha ortaya qoyur. Bir neçə gün bundan öncə başlayan igid, qəhrəman Xüsusi Təyinatlı Qüvvələrimiz havadan və artilleriyadan dəstək almaqla möhtəşəm hərbi təlimlərini ortaya qoydu. İrana nümayiş etdirdi ki, yeri gələrsə, ehtiyac duyularsa, İranın ağlı çaşıb üzərimizə hər hansı təxribat niyyətinə düşərsə, o da Ermənistan kimi darmadağın ediləcək".
"İşğaldan azad olunmuş bölgələrimizdə uğurla aparılan quruculuq və bərpa işləri dünyanı heyrətə gətirməkdədir. Cəmi iki il ərzində beynəlxalq səviyyəli Füzuli və Zəngilanda Hava limanlarının açılması, eyni zamanda soydaşlarımızın ata-baba yurduna qayıtması üçün görülən işlər və tədbirlər tam əminlik yaradır ki, yaxın bir neçə ildə artıq vaxtilə Ermənistan tərəfindən viran edilən yurdlarımız, torpaqlarımız soydaşlarımızın tam şəkildə ixtiyarına veriləcək. Zəfərimiz mübarək olsun, dəyərli soydaşlarımız və əziz xalqımız", - deyə deputat əlavə edib.
Aydın Nuri

Sosial       Tarix: 06 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler bu gun beynelxalq bank mezenne gunun xeberleri kriminal xeber