İlham Əliyevin Moskva səfəri Rusiya mediasında - FOTOLAR

İlham Əliyevin Moskva səfəri Rusiya mediasında - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfəri bu ölkənin mətbuat orqanlarının diqqət mərkəzindədir.
KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin səfər çərçivəsində Prezident Vladimir Putinlə apardığı danışıqlar, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması, Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanışlıq və Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşü Rusiya mediasında geniş işıqlandırılıb.
"Rossiya-1" telekanalının "Vesti" proqramın Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin Kremldə keçirilən görüşündən hazırladığı materialda bildirilir ki, Bakı və Moskva arasında tərəfdaşlığın yeni səhifəsini açan görüş iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində keçirilir. Süjetdə qeyd olunur ki, tərəflər mühüm ikitərəfli, regional və qlobal məsələləri müzakirə ediblər. Azərbaycan Prezidentinin rusiyalı həmkarını Bakıya dəvət etdiyini vurğulayan "Rossiya-1" kanalının müxbiri planlaşdırılan səfərin əhəmiyyətinə diqqət çəkib.
Rusiyanın "Pervıy" telekanalı Azərbaycan Prezidentinin Moskvaya səfərinin əhəmiyyətini xüsusi qeyd edib. Görüşdə Ukrayna ilə yanaşı, Qarabağ ətrafında vəziyyətin də müzakirə edildiyinin qeyd olunduğu süjetdə V.Putinin regionda vəziyyəti müsbət qiymətləndirdiyi, Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu vurğuladığı əksini tapıb.
TASS agentliyi iki ölkə liderlərinin Moskva danışıqlarının başlıca yekununun müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması olduğunu yazıb. Agentliyin materiallarında bildirilir ki, Rusiya və Azərbaycan milli maraqlara cavab verən, üçüncü tərəfə qarşı yönəlməyən hərbi-texniki sahədə də əməkdaşlığı genişləndirmək niyyətindədirlər. TASS agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri Mixail Mişustin ilə görüşündən də geniş xəbər hazırlayıb. Görüşdə Azərbaycan ilə Rusiya arasında mühüm strateji məsələlərə toxunulduğu diqqətə çatdırılıb.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın TASS agentliyinin mənzil-qərargahında "Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında" adlı ekspozisiya ilə tanışlığı, eləcə də Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü barədə ətraflı material təqdim olunub.
Rusiyanın digər aparıcı KİV-ləri, o cümlədən "RİA Novosti", "İnterfaks" agentlikləri, "İzvestiya", "Kommersant" qəzetləri, "News.ru" portalı, "Mir" telekanalı da oxucu və izləyicilərinə Azərbaycan liderinin Moskva səfərinin əhəmiyyətindən bəhs edən materiallar yayıb.
"Vestnik Kavkaza" agentliyi yazır ki, Azərbaycan ilə Rusiya arasında imzalanan Moskva Bəyannaməsi çox böyük önəm kəsb edir. Rusiya və Azərbaycan qarşılıqlı olaraq Cənubi Qafqazda etibarlı, öhdəliklərini yerinə yetirən müttəfiqlər qazanıblar. Müttəfiqlik öz milli maraqlarını reallaşdıracaq iki suveren dövləti birləşdirib. Cənubi Qafqazda yeni dövrün – mühüm regional oyunçuların səylərini gücləndirdiyi bir dövrün başlanğıcı qoyulub.
İlham Əliyevin Moskva səfəri Rusiya mediasında - FOTOLARİlham Əliyevin Moskva səfəri Rusiya mediasında - FOTOLARİlham Əliyevin Moskva səfəri Rusiya mediasında - FOTOLARİlham Əliyevin Moskva səfəri Rusiya mediasında - FOTOLARİlham Əliyevin Moskva səfəri Rusiya mediasında - FOTOLARİlham Əliyevin Moskva səfəri Rusiya mediasında - FOTOLARİlham Əliyevin Moskva səfəri Rusiya mediasında - FOTOLAR

Siyasi       Tarix: 24 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber en son xeberler bu gun hava dunya xeberleri