İlham Əliyevin qətiyyəti, siyasi iradəsi Azərbaycanı qələbədən qələbəyə aparır - ŞƏRH
2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədilməsi ilə müharibə başladı.
Düşmənin hərbi təxribatını dəf etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi.
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə nail oldu.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmışdı, bu insanlar doğma torpaqlarına geri dönəcəkləri günü səbrsizliklə gözləyirdilər. Həmin insanların ümid yeri Prezident İlham Əliyev və Azərbaycan ordusu idi.
Bu gün Azərbaycan lideri İlham Əliyevin qətiyyəti və güclü siyasəti nəticəsində Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına geri qayıdır və bu proses sürətlə davam edir.
Bütün bu proseslərdən sonra Azərbaycana, onun Liderinə olan rəğbət isə göz önündədir.
Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə öz ölkəsində deyil, həm də dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi.
Qazandığımız qalibiyyət nəticəsində ordumuzun yenilməzliyi sübut olundu. Bütün bunlarla yanaşı Azərbaycan xalqı olaraq başımız uca oldu.
Azərbaycan xalqı artıq 2 ildir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır və bu zəfər sevinci tarixlərə həkk olunacaq.
İlham Əliyev müharibə zamanı bir neçə dildə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qarşı erməni havadarlarının edə biləcəyi, etmək istədikləri çoxlu sayda təxribatların, təzyiqlərin qarşısının alınmasında İlham Əliyevin qətiyyətli mövqeyi, dönməz, sarsılmaz iradəsi eyni zamanda soyuqqanlı və diplomatik davranışları mühüm rol oynadı.
Məhz Azərbaycan prezidenti İlham Əliyevin daşıdığı bu yüksək keyfiyyətlər, liderə xas yüksək dəyərlər Azərbaycanı qələbədən qələbəyə apardı və əminliklə demək olar ki, bu qələbələrin ardı gələcək.
Ayşən Mirzəyeva / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var