İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amil oldu

İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amil oldu"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində öz gücünü bir daha sübuta yetirdi. Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələri təkbaşına icra edərək erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi".
Bunu azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət, qurulan düzgün iqtisadiyyat və güclü ordu Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amil oldu.
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amil oldu"Mədəni diplomatiyanın inkişaf etdirilməsində, Azərbaycanın beynəlxalq arenada mədəni imicinin yüksəldilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti tarixi zəfərə aparan əsas məqamlardan biri oldu. 
"Dəmir yumruq" əməliyyatı ilə rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Zəfər müasir dövlətimizin hərbi qüdrətinin və xalqımızın qələbə əzminin əyani təsdiqidir.
"Noyabr ayının 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər Xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı", - deyə S.Mikayılova əlavə edib.
Deputat onu da bildirib ki, bu gün Azərbaycan xalqı, ölkə ictimaiyyəti Zəfər gününü böyük qürurla qeyd edir. 
"Bu gün Azərbaycan bayrağı azad olunmuş ərazilərimizdə qürurla dalğalanır. Artıq bir sıra vətəndaşlarımız bu günü öz doğma yurdlarında, öz evlərində qeyd edirlər. Azərbaycanlılar 30 il həsrətini çəkdikləri torpaqlara qovuşublar və cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz bu torpaqlarda əbədi yaşayacağıq. Aparılan sürətli bərpa-quruculuq işləri də Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir.  Bu gün şəhid ailələri, qazilər ölkə rəhbərliyinin diqqət və qayğısı ilə tam əhatə olunub. 
Qürurlu və güclü xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək yenilməz Azərbaycan Sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün əbədiliyi uğrunda mübarizliyini əzmlə davam etdirəcək", - deputat vurğulayıb.
Günel Hüseynli

Sosial       Tarix: 09 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler bu gun beynelxalq bank mezenne gunun xeberleri kriminal xeber