"İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan liderlik diplomatiyası yürüdürlər"

Türkiyə və Azərbaycan Prezidentləri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında iki lider münasibəti var, ikisi də dünyada liderlik diplomatiyası nümayiş etdirirlər.
KONKRET.az xəbər verir ki, bunu Apa-nın Türkiyə bürosuna açıqlamasında Girne Amerikan Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Sadık Akyar bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin ikitərəfli münasibətlərində bütün məsələlərə dair mövqeləri son dərəcə vacibdir.
"Burada, əsas məsələ, təbii ki, iki dövlətin beynəlxalq münasibətlər sistemindəki yeri və çəkisidir. Azərbaycan və Türkiyə prezidentləri davamlı olaraq görüşlər keçirir, məsləhətləşmələr aparırlar. Bunu da qeyd etmək Lazımdır ki, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev liderlik xüsusiyyətləri baxımından bənzər liderlik diplomatiyası yürüdürlər. İki ölkənin siyasi arenada çəkisinə baxdıqda isə, Türkiyənin son illərdə müdafiə sənayesi sahəsindəki yüksəlişini, İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstəyi, Rusiya – Ukrayna müharibəsi və Qəzza məsələsindəki vasitəçilik rolunu vurğulamaq lazımdır. Hansı ki bütün bunlar onun beynəlxalq münasibətlər sistemində çəkisinin artdığının göstəricəsidir. Azərbaycan isə, öz növbəsində, Rusiya – Ukrayna müharibəsindən sonra Avropaya, demək olar ki, təbii qaz tədarük edən yeganə ölkəyə çevirilib. Bu çox mühüm məsələlərdir", – ekspert vurğulayıb.
Professorun sözlərinə görə, Ankaranın İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək "Bir millət, iki dövlət" prinsipinin təzahürüdür.
S. Akyar Prezident İlham Əliyevin: "Bu gün ölkəmiz qarşısında hansısa ciddi bir məsələnin dayanacağı təqdirdə, zəng edəcəyi insanın, əlbəttə, ilk növbədə, qardaş Rəcəb Tayyib Ərdoğan olacaq", – fikrinin tamamilə təbii hal olduğunu ifadə edib və iki ölkənin bu cür məqamlarda bir-birinə hərtərəfli dəstək verəcəyinə əmin olduğunu vurğulayıb: "Bu o deməkdir ki, hər iki ölkədə sadəcə dövlət deyil, həm də iki xalq mütləq həmrəylik nümayiş etdirir. Bunun bariz nümunəsi İkinci Qarabağ müharibəsi və Türkiyədə 6 fevralda baş verən dağıdıcı zəlzələdən sonrakı qarşılıqlı münasibətlərdir. Belə bir deyim var ki, iki ölkə arasında daimi dostluq və qardaşlıq deyil, milli maraqlar olur. Lakin Azərbaycan və Türkiyə arasında elə bir münasibətlər yaranıb ki, birinin milli maraqları digərinin də milli maraqları halına gəlib. Bu da o deməkdir ki, bir tərəfin ziyanına olacaq təqdirdə, bunu hər iki tərəf görəcək. İnanıram ki, bundan sonra da Türkiyə və Azərbaycan lazım olduğu halda hər bir mövzuda bir-birinə şərtsiz dəstək verəcək".

Siyasi       Tarix: 13 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı cəbhədən ən son xəbər xəbər xeber