"İlin ilk altı ayı səmərəli keçib

Son illər ölkəmizdə iqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərib, makroiqtisadi sabitliyin qorunması diqqət mərkəzində saxlanılıb. Həmçinin, yüksək iqtisadi inkişaf amilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasını şərtləndirib.  
Bütün bunlarla bərabər, respublikamızda qeyri-neft sektorunun inkişafı fonunda iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması, sosialyönümlü siyasətin prioritetliyinin önə çəkilməsi, maliyyə intizamı və şəffaflığın gücləndirilməsi kimi məsələlərə daha çox önəm verilib. 
Prezident cənab İlham Əliyevin cari ilin 11 iyulda bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında səsləndirdiyi göstəricilərdə də bunlar öz ifadəsini tapmışdır. Qeyd edim ki, dövlət başçısı müşavirədə söylədiyi giriş nitqində bir çox məqamlara toxundu.
Dövlətmizin başçısı müşavirədə qeyd etmişdir ki, cari ilin ilk altı ayının nəticələri onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Azərbaycan Prezidenti iqtisadi sahədə əldə edilən uğurlardan danışarkən, bu məsələnin iki aspektdə-iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı istiqamətlərində təhlil olunmasının  zəruriliyini xatırladıb. Eyni zamanda, hər iki xətt üzrə yüksək nəticələr əldə edildiyini vurğulayıb, qeyri-neft qaz sənayesində 6,5 faiz, sənaye sahəsində ümumi sənaye istehsalında 3 faiz artımın qeydə alındığını qeyd etmişdir. 
Hesabat dövründə ölkənin sənaye potensialının maksimum reallaşdırılmasına xüsusi önəm verilib. Bütün bunlarla bərabər, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub. 
Ümumiyyətlə, əldə edilən bütün sosial-iqtisadi uğurlar ölkə iqtisadiyyatının dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə bağlı olub. Hazırda ölkə iqtisadiyyatının dayanıqlığının şaxələndirilməsinin və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi qoyulub. Bütün bunların sayəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.  
Sadalanan göstəricilər bir daha onu göstərir ki, 2023-cü ilin ötən altı ayı  ərzində  ölkəmiz uğurla inkişaf edib, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilib. 
Dövlətimizin başçısı nitqində sosial, hərbi sahələrdə, eləcə də Qarabağ və Şərqi Zəngəzur regionlarında reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılmasında iqtisadi potensialın mühüm rol oynadığına diqqət çəkərək bildirmişdir: "Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzur regionuna təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir".
Ölkə rəhbəri çıxışında maliyyə vəziyyətinin böyük dərəcədə yaxşılaşdığını, bunun isə həyata keçirilən çoxşaxəli islahatların nəticəsində əldə edildiyini vurğulayıb. Məsələn, vergi-gömrük sahələrində aparılan yenilənmələr dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərib. Bu isə, öz növbəsində, sosial sahədə dövlət siyasətinin daha uğurla reallaşdırılmasını təmin edib.   
Azərbaycan Respublikasının Prezidentİ cənab İlham Əliyev müşavirədəki çıxışında son vaxtlar həyata keçirilən islahatların nəticəsi kimi, vergi orqanının büdcə daxilolmalarındakı rolunu yüksək qiymətləndirərək, bu qurumun şəffaf fəaliyyəti, habelə islahatlar hesabına büdcə daxilolmalarının böyük dərəcədə artdığını diqqətə çatdırıb. Dövlət başçısı, həmçinin vurğulayıb ki, daxil olan əlavə gəlirlər, ilk növbədə, sosial məsələlərin həllinə, insanların rifahının yaxşılaşdırılmasına yönəldilir. Bütün bunlarla bağlı ölkə rəhbəri qeyd etmişdir: "Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq". 
Bildiyiniz kimi, Vətən Müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Prezident cənab İlham Əliyev bununla bağlı çıxışında bəyan etdi ki, Böyük Qayıdış naminə işlər uğurla icra edilir: "Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar".
Müşavirədə Prezident cənab İlham Əliyev Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsinə də diqqət çəkərək cari ilin altı ayında bu istiqamətdə müəyyən addımların atıldığını bildirdi.
Bir sözlə, sonda qeyd etmək istəyirəm ki, gündən-günə çiçəklənən müstəqil Azərbaycanımızın inkişafı göz qabağındadır.
Vilayət İSMAYILOV,   
iqtisad elmləri doktoru, professor / azxeber.com

Siyasi       Tarix: 14 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam az xeberler bu gunun xeberleri bugun xeberler axsam.az xeberler