İlqar Rəhimov vitse-prezident seçildi
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Asossiasiyasının (IBSA) vitse-prezidenti seçilib.
Publika.az xəbər verir ki, 09-12 oktyabr 2021-ci il tarixlərində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti İordaniya Haşimilər Krallığında keçirilən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Asossiyasiyasının hesabat-seçki konfransında iştirak edib.
Hesabat-seçki konfransında vitse-prezident vəzifəsinə namizəd kimi çıxış edən İ.Rəhimov öz seçki platforması barədə məlumat verərək bildirib ki, IBSA-nın dəyərlərinin müxtəlif ölkələr arasında təbliğinə, IBSA üzvlərinin daha sıx və səmərəli əməkdaşlığının təşkilinə öz töhvəsini verəcəkdir.
Daha sonra İ.Rəhimov ölkəmizdə idmana, xüsusilə paralimpiya hərəkatına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib, görmə məhdudiyyətli şəxslərin idmana cəlb olunması, onlar üçün müyəssər mühitin yaradılması, işlə təminatı və digər sosial problemlərinin həll olunması üçün bir çox layihələr həyata keçirildiyini bildirib. Eyni zamanda, əsas məqsədin fiziki və görmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasını daha da artırmaqdan ibarət olduğunu qeyd etmişdir. O, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və müxtəlif illərdə Azərbaycanda görmə məhdudiyyətli şəxslərin iştirakı ilə beynəlxalq yarışların keçirildiyini vurğulayaraq, gələcəkdə də ölkəmizin bu tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Çıxışlardan sonra IBSA-nın rəhbər heyətinin seçkiləri baş tutmuş və İlqar Rəhimov IBSA-nın vitse-prezidenti vəzifəsinə seçilib.
İ.Rəhimovu bu beynəlxalq təyinatı münasibətilə Paralimpiya ailəsi adından təbrik edirik və gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var