İlyas Mahmudov HƏBS EDİLDİ

İlyas Mahmudov HƏBS EDİLDİSumqayıt Şəhər Məhkəməsinin sabiq hakimi İlyas Mahmudov həbs edilib.
KONKRET.azxəbər verir ki, Binəqədi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Vəsatət təmin edilib və sabiq hakim barəsində 3 ay 21 gün müddətində həbs qətimkan tədbiri seçilib.
İ. Mahmudov vəzifə səlahiyyətlərindən sui-istifadə və Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham edilir. Onun işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.
Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin səbəbi qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması olub.
Onu da bildirək ki, bu ilin fevralında Konstitusiya Məhkəməsinin Plenumu sabiq hakimlər barəsində cinayət təqibi ilə bağlı proseduru müəyyənləşdirib. Qərarda göstərilir ki, Hakimin səlahiyyətlərinə xitam verildikdən sonra aşkar edilən, lakin onun səlahiyyəti dövründə törədilən cinayət əməlinə görə (funksional toxunulmazlıq ilə bağlı hallar istisna olmaqla) sabiq hakim barəsində cinayət təqibi ümumi əsaslarla Azərbaycan cinayət-prosessual qanunvericiliyinə əsasən həyata keçirilir və bu zaman Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin razılığı tələb olunmur. Bu qərardan sonra barəsində araşdırma aparılan bəzi hakimlərin həbs məsələsi gündəmə gəlmişdi.
Xatırladaq ki, İlyas Mahmudov 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1993 – 1998-ci illərdə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, qanunçuluğun sistemləşdirilməsi və tətbiqi şöbəsində məsləhətçi, 1998 – 2001-ci illərdə Ali Məhkəmənin Plenumu və Rəyasət Heyətinin Katibliyində baş məsləhətçi, 2001 – 2006-cı illərdə Ali Məhkəmənin Qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin rəisi, 2006 – 2007-cı illərdə Ali Məhkəmənin Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri, 2007 – 2008-ci illərdə isə Ali Məhkəmənin Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdir müavini olub.
2008-ci ildən isə Sumqayıt şəhər Məhkəməsinin hakimi idi.//E-huquq.az

Hadisə       Tarix: 26 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal bugun butun xeberler son xeberler bugun son xeberler bugun 2026 canli