İmamoğludan sonra Kılıçdaroğlu da həbs edildi – Türkiyədə nə baş verir?
Türkiyədə müxalifətə qarşı atılan son addımlar ölkənin siyasi gələcəyi ilə bağlı ciddi suallar doğurur. Cümhruiyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlunun həbs edilməsi, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş haqqında istintaqın başlanması və bundan 13 ay əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun tutulması hakimiyyət–müxalifət münasibətlərində gərginliyin daha da artdığını göstərir.
Bəzi analitiklərin fikrincə, Türkiyədə siyasi müxalifətin fəaliyyət imkanları məhdudlaşdırılır və ya sistemli şəkildə sıradan çıxarılır.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, CHP Türkiyədə ana müxalifətdir:
"Bu baxımdan hakimiyyətin CHP-yə təzyiq göstərməsi, əslində təəccüblü olmamalıdır. Bu, siyasi partiyalar arasında mübarizənin təzahürüdür və bütün dövlətər üçün xarakterikdir. Hər halda, müxalifət də hakim Ədalət və İnkişaf Partiyasını (AKP) gözdən salmaq üçün az iş görmür.
O cümlədən, adı çəkilən siyasilərin tutulmasının və istintaqın başlamasının konkret əsasları var. Yəni bunu iqtidarın birbaşa təzyiqi kimi təqdim etmək doğru olmaz. Hərçənd, buna çalışanlar var.
Düşünürəm ki, proses ya çox çəkməyəcək, ya "zərgər dəqiqliyi" ilə davam edəcək. Çünki ölkədə CHP tərəfdarları çoxdur. Hakimiyyət onların ayağa qalxmasını istəməz. Bu, siyasi sabitliyi poza bilər. İndiki anda Türkiyə iqtidarına lazım olmayan ssenaridir".
Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK