İmamoğlunun həbsində CHP İZİ: Ssenarilər bu şəxsi HƏDƏF GÖSTƏRİR
"Əkrəm İmamoğlunu həbs etmək üçün Trampdan razılıq aldılar." Bu sözləri CHP sədri Özgür Özəl mitinqdə çıxışı zamanı deyib. Bəs görəsən, Özəlin bu açıqlamasının real əsası varmı? Ərdoğan İmamoğlunun həbsi ilə bağlı niyə Trampdan icazə almalı idi? Mövzunu
KONKRET.az-a Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli şərh edib:
"Özgür Özəlin açıqlamasının əsasları yoxdur. Özəl öz içərilərindən olan şəxslər vasitəsilə İmamoğlunun əleyhinə kampaniya qurub. Onu hədəf halına gətirib və bunu partiya şəklində həyata keçirib. Özəlin bu addımı iki güclü CHP üzvünü oyundan kənar vəziyyətə salmağa hesablanmışdı. Bu şəxslərdən biri Əkrəm İmamoğlu, digəri isə Mansur Yavaş idi. İmamoğlunun həbsindən sonra təşkil edilən mitinqlərdə Özgür Özəl partiya rəhbəri kimi birinci şəxsə çevrildi və keçirilən qurultayda tək namizəd kimi İmamoğlu və Yavaşın onun ətrafında yerləşdirdiyi emissarlardan yaxasını qurtara bildi. O, bilavasitə seçkiyə gedəcək və təkbaşına Ərdoğanın qabağına çıxacaq".
Ekspert vurğulayıb ki, Ərdoğan İmamoğlunun həbsinə görə, heç kimdən icazə almayıb:
"İndiki vəziyyətdə İmamoğlu Ərdoğan üçün elə də böyük fiqur deyil. Ona görə də, öz gücünü İmamoğluya qarşı birləşdirib hücuma keçməyib. Ərdoğan böyük siyasətçidir, İmamoğlu isə CHP daxilində "qaynayan qazan nəticəsində yandı". Trampın demokratiya mövqeyi bir çox ölkələrdə müxalifətlə bağlı rahat addım atmasına imkan yaradır. Bu amilə keçmədən öncə İmamoğlunun həbsi dönəmində Özgüz Özəlin Britaniya İşçi Partiyasına, amerikalılara və yunanlara müraciətini yada salmaq kifayətdir. O, xaricilərə yalvararaq kömək istəyir və Türkiyə dövlətini şikayət edirdi. Bu, Özəlin işlətdiyi hiylədir. İmamoğlunun həbsində Özəlin əlinin olduğunu o, namizəd olan zaman görəcəyik. Ərdoğanın adının hallandırılması isə siyasi riyakarlıqdan başqa bir şey deyil".
Müşviq Tofiqoğlu
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir