İmişlidə deputata hörmətsizlik edildi: "Bu özümə yox, dövlətin ali orqanına hörmətsizlikdir
Milli Məclisin deputatı Razi Nurullayev İmişli İcra Hakimiyyətinin dəvəti üzrə İmişlidə keçirilən "Peşəfest" tədbirində hörmətsizlik görüb.
azxeber.com xəbər verir ki, deputat bu barədə özü məlumat verib.
O qeyd edib ki, İmişlidə keçirilən "Peşəfest" tədbirinə qatılıb və hörmətsizliklə qarşılaşıb:
"Dünən İmişli İcra Hakimiyyətinin dəvəti üzrə İmişlidə keçirilən "Peşəfest" tədbirinə qatıldım və ciddi hörmətsizlik gördüm. Tədbirin əsas təşkilatçısı Dövlət Məşğulluq Agentliyi idi. Yer çox darısqal və keçilməz olsa da normal təşkil olunmuşdu. Məni israrla dəvət etmişdilər. Hələ ki, icra hakimiyyəti və Məşğulluq Agentliyi ayırd edə bilmir ki, məni kim dəvət edib. Yeri gələndə kimin dəvət etdiyinin dəxli də yoxdur. Deputat fiziki olaraq gözünüzün önündədir, sizə başqa nə lazım idi?".
Deputat deyib ki, bu hərəkəti dövlətin ali orqanına qarşı hörmətsizlik hesab edir:
"Mən bunu özümə qarşı yox, öz timsalımda dövlətin ali orqanına qarşı hörmətsizlik kimi qəbul edirəm. Sevdiyim rayonuma getdim, xəstələrə baş çəkdim, yas məclislərində oldum, evləri ziyarət etdim, seçicilərimlə qaynayıb-qarışdım. Amma, unudulmaz hörmətsizliyiniz mənə yox, sizlərə söz gətirəcək və təəssüf ki, mənim də yaddaşımda qalacaq".
R. Nurullayev əlavə edib ki, onu görən kimi Dövlət Məşğulluq Agentliyinin əməkdaşları hörmətlə görüşüblər:
"Məni görən kimi Dövlət Məşğulluq Agentliyinin əməkdaşları hörmətlə görüşdülər və tədbir başlamazdan öncə məni bir neçə stendlə də tanış etdilər. Ümumiyyətlə, bir çox dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və özəl təşkilatlar deputatı israrla dəvət edirlər, sonra isə nə protokol gözləyirlər, nə diqqət göstərirlər, nə də qabiliyyətlə qəbul edə bilərlər. Şəxsən mənim buna ehtiyacım yoxdur, çünki iştirakçıların, qonaqların hörmətini hər zaman görürük və bu şəxsən mənə kifayətdir".
"Söhbət deputatın timsalında Milli Məclisə qoyduğunuz hörmətdən gedir. Mənim xoşum gəlməyən məmurlar da var, içərisində fəaliyyətindən narazı qaldığım yüksək post tutanlar da var, amma mən onlara böyük hörmətlə yanaşıram. Protokolu da gözləyirəm və lazımi diqqəti də göstərirəm. Çünki, onlar dövləti təmsil edirlər. Mən dövlətimə hörmət və izzətlə yanaşıram"-, deyə deputat bildirib.
Şahanə Ziyad

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto