"İMZA" 2024-cü ilin yekununa dair görüş keçirib - FOTOLAR

"İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin üzvlərinin iştirakı ilə 2024-cü ilin yekun hesabatı və 2025-ci il üçün qarşıya qoyulan fəaliyyət planına dair müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Bu barədə azxeber.com-a "İMZA"nın Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.
Görüşdə ictimai birliyin İdarə Heyətinin sədri Xəyyam Əsgərov geniş hesabat məruzəsi ilə çıxış edib. O, qeyd edib ki, "İMZA" Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın inkişafı və beynəlxalq aləmdə tanınması istiqamətində həyata keçirdikləri fəaliyyətləri, xüsusilə sosial şəbəkələr vasitəsilə, geniş şəkildə təbliğ edir.
Natiq ötən ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev - Böyük Lider" və "Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları" mövzularında təşkil edilmiş beynəlxalq tədbirlərdən bəhs edib. Bildirib ki, əvvəlki illərdə də təşkil olunan Qarabağ İqtisadi Forumu, Xocalı soyqırımı ilə bağlı toplantıların və digər mühüm tədbirlərin yerli və beynəlxalq KİV-də geniş işıqlandırılıb. 2024-cü il ərzində İctimai Birliyə üzvlük üçün çoxsaylı müraciətlər daxil olub və mərhələli şəkildə yeni üzvlərə təşkilatın üzvlük vəsiqələri təqdim edilib. Ümumiyyətlə, "İMZA" İB-nin üzvlərinin sayı getdikcə artmaqdadır və bu, təşkilatın fəaliyyətinin genişlənməsinin göstəricisidir.
"İMZA" İB-nin sədr müavini Elnar Məmmədli İctimai Birlikdə yeni təyinatların olması haqqında məlumat verib. Beləki, Elbəy Abbasov sədrin təşkilatı işlər üzrə müşaviri, Gülçin Zeynallı təşkilati işlər üzrə köməkçi, Günel Şəmilzadə isə Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Departamentinin direktor müavini vəzifələrinə təyin olunublar.
İclasda "İMZA" İctimai Birliyinin Türkiyə təmsilçisi, fövqəladə və səlahiyyətli səfir Hulusi Kılıçın təşkilatın fəaliyyətini, eləcə də Departamentin beynəlxalq tədbirlərinin təşkili prosesində oynadığı mühüm rol xüsusi olaraq qeyd edilib. Türkiyə təmsilçisi, qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç da öz növbəsində, çıxış edərək, "İMZA" İctimai Birliyinin gördüyü işləri yüksək qiymətləndirib.
Görüşdə qeyd edilib ki, hazırda "İMZA" İctimai Birliyinin heyəti 2025-ci il "Konstitusiya və Suverenlik İli"-nə həsr olunacaq yeni "fəaliyyət planı" üzərində çalışır. Bu istiqamətdə "İMZA" üzvlərinin fəaliyyət planına dair təklifləri də dinlənilib. Onlar da öz növbəsində "İMZA"nın fəaliyyətini həm sosial şəbəkələrdə, həm də ölkəmizin sosial-ictimai həyatındakı iştirakını yaxından izlədiklərini, qurumun keçiriləcək tədbirlərində fəal şəkildə iştirak edəcəklərini vurğulayıblar.
İclasda İdarə heyəti üzvlərinin fikirləri, o cümlədən gündəlikdəki müxtəlif məsələlərlə bağlı rəy və təklifləri dinlənilib.

Sosial       Tarix: 28 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu

Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həyatını itirib. Bu barədə Rusiya KİV-ə istinadən xəbər verir. Qeyd olunub ki, həlak olan şəxs Saratov vilayətinin Yerşov rayonundan olan Rəşad Bəymirzəyevdir. Yerşov rayo

Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır

Azərbaycanla Qazaxıstan arasında "Transxəzər Fiber-Optik Rabitə Xətti"nin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır. Bu barədə Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib. Tərəflər artı

Bu maşınlar kəskin bahalaşdı - FOTO

Azərbaycanın ikinci əl avtomobil bazarında, xüsusilə də taksi və gündəlik istifadə üçün ən çox tələb olunan hibrid avtomobillərdən olan "Toyota Prius" modellərinin qiymətlərində kəskin artım müşahidə olunur. Yen

Azərbaycanlı gənc Polşada vəfat etdi

Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib. saytına istinadən xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib. Məlumata əsasən, mərhum işləmə

Diqqət! Banklar bu şəxslərə kredit verməyəcək

Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən fiziki şəxslərə kreditlərin verilməsi "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunu, Mərkəzi Bankın normativ xarakterli aktları v

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illi

Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb

Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb. 2025-ci il təvəllüdlü uşağın taxtdan yıxılaraq ağır kəllə-beyin travması aldığı bildirilir. Azyaşlı kəllə sümüyünün deformasiyaya uğraması diaqnozu ilə Şirvan xəstəxanasın

Dollar bu gün neçəyə satılır?

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, oktyabrın 6-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0346 manat təşkil edib. Öz növbəsində, avro 1,906

XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb

Bu gün Cəbrayıl rayonunda mina partlayışı nəticəsində ata və oğlu ağır xəsarət alıb, bununla da 2020-ci il müharibəsinin sonundan bəri Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb. xəbər verir ki, bu barədə Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az kriminal bugun son xeber.az son xeberler bugun 2026 canli