Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır

Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırırAzərbaycanla Qazaxıstan arasında "Transxəzər Fiber-Optik Rabitə Xətti"nin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib.
Tərəflər artıq Xəzərin dibi ilə 390 kilometr uzunluğunda kabel çəkiblər. Yeni xəttin Asiya ilə Avropa arasında birbaşa və yüksək sürətli məlumat ötürülməsi üçün yeni dəhliz yaradacağı gözlənilir.
"Yeni marşrut Qazaxıstanın qlobal məlumat şəbəkələrinə rəqəmsal bağlantısını gücləndirəcək, həmçinin süni intellektin, bulud texnologiyalarının və müasir məlumat mərkəzlərinin gələcək inkişafı üçün təməl yaradacaq", - Madiyev bildirib.
Xatırladaq ki, "AzerTelecom" və "Kazakhtelecom" şirkətləri tərəfindən icra olunan Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsinə əsasən Sumqayıt şəhərindən (Azərbaycan) Aktau şəhəri (Qazaxıstan) istiqamətində 380 km uzunluğunda sualtı fiber-optik kabel xətti çəkilib.
Xəzər dənizində ilk sualtı rəqəmsal marşrut regionda 400 terabit/s-dən çox yüksəksürətli internet bağlantısını, böyük həcmdə məlumat mübadiləsini təmin edəcək, həmçinin regionda rəqəmsal xidmətlərin inkişafına töhfə verəcək.
Trans-Xəzər Fiber-Optik Kabel Xətti "Rəqəmsal İpək Yolu" layihəsinin önəmli hissəsidir. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi - "Rəqəmsal İpək Yolu" məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.
///report///

Sosial       Tarix: 07 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Həftəsonu bu 3 bürcün bəxti gətirəcək- PROQNOZ

Həftəsonunun ən şanslı bürcləri açıqlanıb. xəbər verir ki, oktyabrın 3-4-də Balıqlar, Dolça və Əkizlər üçün əlverişli fürsətlərin yarana biləcəyi bildirilir. Həftəlik astroloji proqnoza görə, Balıqlar keçmişdə yarımçıq qalmı

"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov

"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi"

Kofeinlə bağlı yeni kəşf: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Tədqiqatı

Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəz

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yen

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyə

Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü

"Comex" birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 2026-cı il sentyabrın 28-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 150 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, bu barədə ticarət platformasını

"Bitcoin" 190 min dolları keçə bilər

Hazırda 85 min dollar civarında olan "Bitcoin"in 190 min dolları keçə biləcəyi ilə bağlı yeni ssenari ortaya qoyulub. -a istinadən xəbər verir ki, bu hesablamaya görə, bunun üçün qızılın bir unsiyasının qiymət

Yaş artdıqca evlənmək istəyi niyə azalır?

18–21 yaşlarında bir çox gənc evliliyə daha romantik vəidealist yanaşır. Lakin yaş artdıqca münasibətlərə, ailə həyatına və məsuliyyətlərəbaxış dəyişir. Gənclərin bir qismi əvvəlcə ailə qurmaq istəyində olsa da,sonrakı illərd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az axsam az xeberler sonxeber son xeberler az