İndoneziya şirkətləri Azərbaycana investisiya yatıracaq
İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidi və səfirliyin bir qrup əməkdaşı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıt Kimya Sənaye Parkında olub.
KONKRET.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, qurumun İdarə Heyətinin sədri Elşad Nuriyev səfirlik əməkdaşlarına ölkəmizdəki sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış biznes və investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.
Azərbaycanla İndoneziya arasında iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edən səfir İndoneziya şirkətlərinin tikininti materiallarının istehsalı və tekstil sahələrində, işğaldan azad edilmiş ərazilərimizdə yaradılan sənaye parklarında həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə İndoneziya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonda səfirlik əməkdaşları Parkda görülmüş işlər, Parkın rezidentləri "Alco" MMC-nin sürkü yağları istehsal müəssisəsində və "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin kabel zavodunda istehsal prosesi ilə tanış olublar.
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var