İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirildi

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirildiİnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Müdafiə Nazirliyində keçirilib.
azxeber.com xəbər verir ki, iclasdan əvvəl İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və Komissiyanın üzvləri Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi və Hərbi Hava Qüvvələrinin yeni istifadəyə verilmiş Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə yaxından tanış olublar.
Müdafiə Nazirliyində informasiya təhlükəsizliyi sahəsində görülmüş işlərlə tanışlıqdan sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Koordinasiya Komissiyasının üzvlərinə sahə üzrə layihələrlə bağlı ətraflı məlumat verib.
Komissiyanın sədri İlqar Musayev Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunda informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirərək Komissiyanın növbəti iclasının keçirilməsi üçün yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası öncədən müəyyən olunmuş gündəliyə uyğun müzakirələrə başlayıb.
Gündəliyə uyğun olaraq Koordinasiya Komissiyasında informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan məsələlər müzakirə olundu. Komissiyaya üzv qurumların nümayəndələrindən ibarət yaradılmış və 5 fərqli istiqamət üzrə fəaliyyət göstərən işçi qruplarda keçirilən görüşlərin nəticəsi və görülən işlərlə bağlı məlumat verildi, müvafiq qərarlar qəbul olunub.
Komissiyanın gündəliyinə daxil edilən məsələlərə həsr olunan müzakirələrdə komissiya üzvləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini general-leytenant Rəşad Həmzəyev, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini general-leytenant Zaur İsmayılov, Müdafiə nazirliyinin Rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik baş idarəsinin rəisi general-mayor Məmməd Eminov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev rəy və təkliflərlə çıxış ediblər.
Sonda Komissiyanın sədri müzakirələrdə aktiv iştirakına görə üzvlərə təşəkkür edərək müzakirə olunan məsələlərin protokollaşdırılması, zəruri tədbirlərin görülməsi, birgə layihələrin hazırlanmasının vacibliyini bildirdi. İnformasiya təhlükəsizliyi sahəsində qarşıda duran məsələlərin çoxluğunu nəzərə alaraq belə məhsuldar iclasların daha intensiv keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirildiİnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirildiİnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirildiİnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirildiİnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirildi

Sosial       Tarix: 17 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar bu gune olan xeberler xeberler bugun