İngiltərədən kritik Türkiyə QƏRARI: Növbəti həftədən
Pandemiyadan əvvəl Türkiyəyə ən çox turist göndərən ölkələr siyahısında üçüncü yeri tutan İngiltərə bu ölkəyə qoyduğu səyahət qadağasını qaldırmağa hazırlaşır.
Publika.az xəbər verir ki, "The Times" qəzetinə danışan hökumətə yaxın mənbələr kritik qərarın gələn həftə açıqlanacağını bildiriblər.
Türkiyənin turizm sahəsində İspaniya, Portuqaliya və Yunanıstan kimi ən böyük rəqiblərinin qırmızı siyahıda qalacağı deyilir.
"PC Agency"-nin səyahət məsləhətçiliyinin qurucusu Paul Charles, "Türkiyə xüsusilə hotellərdə və digər turizm bölgələrində ən yaxşı pandemiya tədbirləri görən ölkədir. Həm hökumət, həm də turizm sektoru yoluxma hallarını azaltmaq üçün çox çalışır. Türkiyə artıq yaşıl siyahıda olmağa layiqdir", - deyə qeyd edib.
Hökumət mənbələri daha əvvəl qadağaların 25 iyul tarixində ləğv ediləcəyini bildirmişdi və İngiltərənin ən böyük turizm agentliyi "JET2" Türkiyə üçün bilet satışı elan etmişdi. Lakin yoluxmaların artması səbəbindən qərar ləğv edilib.
Akqabay

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama
Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı
TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi
Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Türkiyə dünya çempionatına başlayır - Milyonlar ekran qarşısında
Milli Məclis Prezident və xanımını təbrik etdi
Məşhurlar DÇ-2026 oyununda
Papoyan Ermənistanı xilas etmək üçün təcili Rusiyaya gedəcək
Yeniyetmənin meyiti Quşçu kəndində tapıldı
76 yaşlı kişi yıxılaraq həyatını itirdi
Leysan və dolu Ankarada subasmaya səbəb olub
DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb