İngiltərədən mesaj gəldi: Hindistandan təhlükəli oyun

İngiltərədən mesaj gəldi: Hindistandan təhlükəli oyunHindistan dünyanın üçüncü ən böyük neft idxalçısıdır, həm də Rusiya neftinin əsas alıcısıdır.
KONKRET.az xəbər verir ki, bu barədə İngiltərənin "Reuters" agentliyi yazır.
Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən kütləvi sanksiyaları beynəlxalq neft ticarətində dolların uzun müddətdir hökmranlığını sarsıtmağa başlayıb. "Reuters" bildirir ki, Rusiya üçün dəniz yolu ilə neft satışının əsas bazarı olan Hindistanla müqavilələrin əksəriyyəti dollarla deyil, digər valyutalarla bağlanır.
Məlumatda deyilir ki, Hindistan neft idxalına görə dünyada üçüncü yerdədir və Moskvaya qarşı sanksiyaların artırılmasından sonra Rusiya onun aparıcı təchizatçısına çevrilib.
Neftin qiymət tavanı tətbiq edildikdən sonra hindistanlı istehlakçılar Rusiya neftinin əsas hissəsini BƏƏ dirhəmləri də daxil olmaqla qeyri-dollar valyutası ilə, son vaxtlar isə rus rublla ödəyirlər. Hindistan son üç ayda Rusiya neftinə bir neçə yüz milyon dollar xərcləyib.
"Reuters" iddia edir ki, Rusiya nefti üçün dirhəmlə ödənişlər ABŞ və Böyük Britaniyanın sanksiyalarını çətinləşdirə bilər.
Neftin dollarla ödənilməsi onilliklər ərzində demək olar ki, universal praktika olub. SWIFT ödəniş sisteminin yanvar ayı üzrə məlumatına görə, beynəlxalq ödənişlərin ümumi həcmində bu valyutanın payı 40 faiz təşkil edir.
Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar olaraq təcavüzkar ölkəyə qarşı görünməmiş sayda sanksiyalar tətbiq olunub. Sanksiya paketlərindən birinin tərkib hissəsi kimi 5 dekabr 2022-ci il tarixində neft qiymətinin tavanı müəyyən edilib. Bu o deməkdir ki, xammalın barreli 60 dollardan baha daşınması və sığortalanması qadağandır. Fevralın 5-dən Rusiyadan neft məhsullarının alınmasına qadağa qüvvəyə minib.
Sanksiyalara cavab olaraq Rusiya Prezidenti Vladimir Putin tavan qiymətlərlə neft ixracını qadağan edib.
Martın 6-da Rusiyanın nefti xərcləyə bilmədiyi valyutaya satdığına dair məlumat yayıldı. Hindistanın tənzimləyici qurumları Rusiya nefti üçün ödənişi rupi ilə almış rus şirkətlərinə onu Moskva birjasında alqı-satqısına və onu rubla çevirməsinə icazə vermir. Hindistanın valyutası qaydaları Hindistandan kənarda rupi ilə hesablaşmaları məhdudlaşdırır.//Teleqraf

Siyasi       Tarix: 09 mart 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler cəbhədən son xəbərlər cəbhədən ən son xəbər bu gunun xeberleri