İngiltərənin birinci qolu niyə ləğv edilmədi? - FIFA açıqladı
İngiltərə millisi əlavə vaxtda Norveç komandasına qalib gələrək 2026-cı il dünya çempionatının yarımfinalına yüksəlib. Mayamidə keçirilən matç 2:1 hesabı ilə başa çatıb. Lakin ingilislərin vurduğu ilk qol ciddi mübahisələrə səbəb olub.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, birinci hissənin sonunda qapı zərbəsi zamanı Norveç millisinin qapıçısı Eryan Nuland topu meydançanın üzərindən asılmış televiziya kabelinə vurub. Top trayektoriyasını dəyişərək yarımmüdafiəçi Elliot Andersona tərəf yönəlib. İngiltərə millisi hücumu davam etdirib və Cud Bellingemin qolu sayəsində hesabı açıb. Görüşün baş hakimi Kleman Türpen Norveç futbolçularının etirazlarına baxmayaraq, oyunu saxlamayıb və qolu hesaba alıb.
FIFA-dan bildirilib ki, topun daxilinə yerləşdirilmiş ötürücü kabelə hər hansı təması qeydə almayıb. FIFA-nın bəyanatında qeyd olunur:
"İngiltərə millisinin 45+2-ci dəqiqədə vurduğu qoldan əvvəl "Connected Ball" texnologiyasındakı ötürücü uçuş zamanı topun "nəbz"ində hər hansı dəyişiklik göstərməyib. Buna əsasən, topun yuxarı kabelə toxunması və hərəkət trayektoriyasını dəyişməsinə dair heç bir sübut yoxdur".
FIFA-nın sabiq hakimi Mark Klattenburq "Fox Sports"un efirində bildirib ki, top kənar cismə toxunduğu halda hakim oyunu saxlamalı və mübahisəli top təyin etməli idi. Onun sözlərinə görə, analoji vəziyyətlərdə videoköməkçi hakim sistemi (VAR) kömək edə bilərdi.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA