İnşaat sektorunda vəziyyət dəyişir: Evlərin qiyməti bahalaşacaq? - VACİB AÇIQLAMA

İnşaat sektorunda vəziyyət dəyişir: Evlərin qiyməti bahalaşacaq? - VACİB AÇIQLAMA"Azərbaycanda inşaat bazarındakı dəyişikliklər daşınmaz əmlak sektoruna birbaşa təsir göstərməkdə davam edir. Son illər ərzində armatur və digər tikinti materiallarının bahalaşması ilkin bazarda mənzil qiymətlərinin artmasına səbəb olub".
Bu fikirləri Əmlak məsələləri üzrə ekspert Elnur Azadov KONKRET.az-a açıqlamasında səsləndirib:
İnşaat sektorunda vəziyyət dəyişir: Evlərin qiyməti bahalaşacaq? - VACİB AÇIQLAMA"Tarixi müqayisələr göstərir ki, bu tendensiya yeni deyil. Məsələn, 2006-cı ildə armatur məhsullarının qiyməti 600 manatdan 1000 manata qədər yüksəlmişdi və bu, daşınmaz əmlak bazarında ciddi bahalaşmaya gətirib çıxarmışdı. Oxşar hal 2021-ci ildə də təkrarlandı. Həmin il armaturun qiyməti 780 manatdan 1200 manata qədər bahalaşdı. Bahalaşmanın əsas səbəblərindən biri isə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı inşaat işlərinin başlanması oldu.
Eyni zamanda, 2022-ci ildən etibarən Rusiya-Ukrayna müharibəsi və rus rublunun bahalaşması fonunda ölkəyə idxal olunan bəzi inşaat materiallarının, xüsusilə də taxta və şalban məhsullarının qiymətlərində artım müşahidə olunub. Bu faktorlar inşaat sektorunda qiymətlərin qalxmasına birbaşa təsir göstərib".
Ekspert qeyd edib ki, hazırkı vəziyyətdə isə tikinti materiallarının satış həcmi azalmaqdadır.
"Fərdi alıcıların inşaat materiallarına olan tələbatı zəifləyib, yeni yaşayış komplekslərinin sayı da son dörd il ərzində əhəmiyyətli dərəcədə azalıb.
Qiymətlərin sabit qalmasında əsas faktir kimi rəqabət amili göstərilir. Rəqabətin yüksək olduğu sahələrdə qiymətlər stabil qalsa da, rəqabətin zəif olduğu sahələrdə, xüsusilə armatur və sement məhsullarında qiymət artımı yüksək səviyyədə qalmaqdadır. Bu sahələrdə yerli istehsalçıların sayı az olduğu üçün bazarda dominant mövqe tutan şirkətlər qiymət siyasətini müəyyənləşdirir".
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 09 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbər zelzele gunun xeberleri