"İnsan 40 gün ac, 6 gün susuz qala bilər" - Rəşid Mahmudovdan həmkarına CAVAB

"İnsan 40 gün ac, 6 gün susuz qala bilər" - Rəşid Mahmudovdan həmkarına CAVABTəkcə günorta yeməyən insana oruc necə zərərli ola bilər?
Son günlərdə ramazan ayında oruc tutmaqla bağlı ikili fikirlər yaranıb. Bəzi həkimlər saatlarla ac qalmağın zərərli olduğunu iddia etsələr də, bəziləri bu fikirlə razılaşmırlar.
Milli.Az bildirir ki, "ölkə.az-ın əməkdaşı məsələ ilə bağlı tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudova müraciət edib. Mahmudov bildirib ki, hazırda dünya səhiyyəsi aclıq üsuluyla bir çox xəstəlikləri müalicə edir:
Bu gün ac qalmaqla dünyada bir çox xəstəliklər müalicə edilir. Şəkər xəstələrini, asma-bronxit xəstələrini belə aclıqla müalicə etmək olur. Hər bir insan qırx gün ac qala bilər. Ancaq oruc tutan insanlar sahurda da yemək yeyir, iftarda da. Təkcə günorta yeməyi yeməyən insana orucun heç bir ziyanı ola bilməz. Xəstə insanların oruc tutmaları məsləhətli deyil. Lakin sağlam adam oruc tutanda uzağı beş gün aclıq ona əziyyət verəcək. Daha sonra aclığa öyrəşəcək. Tibb əvvəl elə hesab edirdi ki, bağırsağın divarından qana nəysə sovrula bilər. Qandan əks tərəfə sovrula bilməz. Ancaq indi bilirik ki, bu belə deyil. Əgər insan qırx gün ac qalırsa, orqanizmdə olan allergenləri, zəhərli maddələri, zədəli hüceyrələri qan mədəyə çatdırır. Bununla da həmin maddələr nəcis yolu ilə orqanizmdən xaric olunur. İnsan orqanizmi ac qalmaqla tamamilə təmizlənə bilir. Ancaq ac qalan insan heç bir qida qəbul etməsə artıq qırx birinci gün öləcək. Çünki insan qırx gün ac qala, bir həftə susuz, altı dəqiqə oksigensiz qala bilir.
Qeyd edək ki, nevroloq Qalib Əsədov bir müddət öncə oruc tutmağın, saatlarla ac qalmağın insan səhhətinə zərərli olduğunu bildirmişdi.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 18 may 2020
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber dunya xeberleri xeberler az en sonxeber