Xərçəng diaqnozunda yeni dövr: Süni intellekt BUNU DA ETDİ
Türkiyədə ilk dəfə tətbiq olunan "Süni İntellekt Dəstəklı Milli Mammoqrafiya Skrininqi Hesabat Sistemi" bir ildə bir milyondan çox görüntünü analiz edib və süd vəzi xərçənginin erkən mərhələdə müəyyənləşdirilsməsində təxminən 90% uğur əldə olunub.
KONKRET.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, bu sistemin ilkin işlərinə 2016-cı ildə başlanılıb, 2024-cü ildən isə süni intellekt texnologiyası tətbiq olunmağa başlayıb.
Yeni sistem vasitəsilə təxminən 1 milyon mammoqrafiya görüntüsü süni intellekt alqoritmləri ilə qiymətləndirilib. Şübhəli nəticələr yüksək dəqiqliklə müəyyən olunaraq ilk növbədə araşdırılıb və xəstələr MHRS (Mərkəzi Həkim Qəbul Sistemi) vasitəsilə cərrahiyyə mütəxəssislərinə yönləndirilib.
Bu sayədə xəstələrin müalicəyə vaxtında çıxışı təmin olunub.
Açıqlamada qeyd olunur ki:
Mammoqrafiya görüntüləri KETEM (Xərçəngin Erkən Aşkarlanması, Skrininq və Maarifləndirmə Mərkəzləri) və SHM-lərdə (Sağlam Həyat Mərkəzləri) teleradiologiya yolu ilə qiymətləndirilir.
Şübhəli nəticələr sistem tərəfindən avtomatik olaraq MHRS-ə yönləndirilir və ümumi cərrahiyyə müayinəsinə randevu verilir.
Süni intellektin tətbiqi ilə:
Xəstəlik erkən mərhələdə aşkarlanaraq daha az cərrahi müdaxilə ilə müalicə olunur,
Maliyyə və psixoloji yük azalır, xəstələrin yaşam keyfiyyəti yüksəlir.
Son olaraq bildirilib ki, 40–69 yaş arası qadınlara KETEM və SHM-lərdə hər iki ildən bir süd vəzi xərçəngi skrininqi pulsuz həyata keçirilir.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb
Bu ərazilərdə işıq olmayacaq
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə 'Oxunguzar' incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyuldu - FOTO
Prezident Zəngəzur dəhlizi barədə danışdı
İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var
FHN: Ötən həftə 6 nəfərin meyiti tapılıb
Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu
İlxom Maxkamov: 'Özbəkistan və Azərbaycan aviareyslərin sayını həftədə 40-a çatdıracaq
Su sızması ustası hansı xidmətləri göstərir?
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
Azərbaycanda 'Netflix' və 'eBay' vergi uçotuna alınıb
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
Başına 1 milyon qoyulmuşdu - Kriminal avtoritet İsraildə qətlə yetirildi
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb