İnsanın ölüm riskini neçə il əvvəl proqnozlaşdırmaq olar? - ƏTRAFLI
Bağırsaqlarda zərərli bakteriyaların olması və miqdarı insanın həyat tərzindən asılıdır, bu da öz növbəsində həyatın keyfiyyətinə və müddətinə təsir göstərir.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, Finlandiyanın Turku Universitetinin alimləri bildiriblər ki, bağırsaq mikroflorasının tərkibini təhlil etməklə bir insanın ölüm riskini on ildən çox öncədən proqnozlaşdırmaq olar.
Tədqiqatçılar öz nəticələrini 2002-ci ildə götürülmüş nəcis nümunələrinin təhlili və analizin aparıldığı şəxslərin 15 illik təqibinə əsaslandırır. Ekspertlər enterobakteriyalar ailəsindəki mikroblar ilə qastroenteroloji və tənəffüs səbəblərindən ölüm riskinin artması arasında aydın bir əlaqə tapa bildiklərini söyləyirlər.
Alimlər ilk dəfə deyil ki, artan enterobakteriyaların bağırsaq xərçəngi və iltihablı bağırsaq xəstəliyi ilə əlaqəsini qeyd edirlər. Ancaq bu əlaqənin səbəbli olub olmadığı hələ müəyyən edilməyib.
Tədqiqatın müəlliflərindən biri bildirib ki, bu tədqiqatda istifadə edilən məlumatlar ilk dəfə olaraq insan bağırsaq mikrobiotasının əhali səviyyəsində uzunmüddətli sağlamlığa təsirlərini öyrənməyə imkan verir.
Ekspertlər qeyd edirlər ki, insan ömrünün uzunluğu ilə bağırsaqdakı bakteriyalar arasında əlaqəni qəti şəkildə qurmaq üçün daha çox araşdırmaya ehtiyac var. Bununla belə, onların vurğuladığı kimi, bu, mikrobiotanın tərkibi ilə həyat müddəti arasında əlaqəyə işarə edən ilk araşdırmadır.//Lent.az

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Necla Uyqur vəfat etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Güllünü öldürən doğma qızına bu cəza verildi
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var