"İnsanlar işsizlikdən çox əziyyət çəkirlər" - DEPUTAT

" class="imgbcode" />"Reallıqda ölkəmizdə inflyasiya daha yüksəkdir. Xüsusən də əhalinin çox işlətdiyi mal və məhsulların qiymətlərində daha çox artım var. Sadəcə, inflyasiyanın templəri bir qədər aşağı düşüb. Bu ilin 10 ayının nəticələrinə görə, Azərbaycan iqtisadiyyatı ikirəqəmli inflyasiya şəraitində sürətli artım trayektoriyasından yavaşımış artım trayektoriyasına keçib. Bu tendensiya, eləcə də ikirəqəmli inflyasiya ölkəmizin potensial imkanlarına uyğun nəticələr deyil. İqtisadi artım templərinin minimuma enməsi əhalinin güzəranının yaxşılaşdırılmasının iqtisadi bazasını məhdudlaşdırır. İnflyasiyanın ikirəqəmli olması isə birbaşa əhalinin güzəranına, xüsusən də aztəminatlı təbəqəyə çox ciddi şəkildə mənfi təsir göstərir".
KONKRET.az xəbər verir ki, bu sözləri Əli Məsimli "azpolitika.az"-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, "Sürtlənmiş iqtisadi artım trayektoriyasına keçidi təmin edən, eləcə də ikirəqəmli inflyasiyadan iqtisadi artımın sürətlənməsinə təkan verən birrəqəmli inflyasiya şəraitinə keçmək üçün zəruri olan islahat xarakterli tədbirlər kompleksi hazırlanıb, həyata keçirilməlidir".
Millət vəkili vurğulayıb ki, "İşləyənlərin xeyli hissəsinin maaşı, pensiyaçıların da xeyli hissəsinin aldığı pensiya həmin orta pensiya göstəricisindən aşağıdır. Ona görə də real vəziyyəti orta əmək haqqı yox, muzdla çalışanların yarıya qədərinin orta əmək haqqının 50 faizinə yaxın olan median əmək haqqı məbləği daha aydın göstərir. Eyni sözləri orta pensiyadan aşağı olan median pensiya gösətərici haqqında da demək olar. Regionda yaşayanların xeyli hisssinin əmək haqqı median əmək haqqına yaxın – 450-500 manat, bir hissəsinin maaşları isə ondan da aşağııdr. İki il əvvəl median əmək haqqının məbləği 405 manat idi, sonra 460 manat oldu. Son vaxtlar median əmək haqqının və median pensiyanın məbləğində bir qədər də artım olub. Ölkə üzrə özəl sektorda çalışanların orta aylıq əmək haqqı dövlət sektorundakından yüksəkdir. Regionlarda isə əksinə, özəl sektorda çalışanların orta aylıq əmək haqqı dövlət sektorundakından aşağıdır".
"İşsizlik məsələsini ona görə tez-tez qaldırırıq ki, sosial problemlərin çoxu işsizlikdən və əhalinin xeyli hissəsinin gəlir səviyyəsinin aşağı olmasından – iqtisadi işsizlikdən qaynaqlanır. İnsanlar işsizlikdən çox əziyyət çəkirlər. Əhalinin güzəranını yaxşılaşdırmaqdan ötrü ilk növbədə məşğulluğu artırmaq lazımdır. Hökumət işsizliyin aradan qaldırılması üçün müəyyən işlər görür və çalışır ki, gördüyü işlərin dairəsi ildən-ilə genişlənsin", –  deyən deputat onu da vurğulayıb ki, ölkəmizdəki işsizliyin real vəziyyəti fonunda hökumətin işsizliyin aradan qaldırılması istiqamətində göstərdiyi səylərin miqyası hələ ki, kiçikdir: "Son illər özünüməşğulluq proqramının dairəsi xeyli genişlənib. Özünüməşğulluğun nəticəliliyi baxımından müsbət məqamlarla yanaşı, mənfi məqamlar da var ki, bu da onun davamlılıq müddətinə mənfi təsir göstərir. Yaxşı olar ki, bu məsələyə kompleks və koordinasiya olunmuş şəkildə yanaşılsın. Bu sahədə yaxşı nəticələrə nail olub, perspektivli işlər qura bilənlərə mal-qara, avadanlıq və sair aktivlərlə yanaşı, həm də aşağı faizlərlə və əlverişli şərtlərlə kreditlər də verilsin ki, özünüməşğulluğun nəticəliliyi artsın, onarın xeyli hissəsi bir neçə ilə öz təsərrüfatını genişləndirə, ayaqda qala bilsinlər".
"Rayonlarda yüksək gəlirli və perspektivli iş yerlərinin açılması istiqamətində görülən işləri əsaslı surətdə genişləndirmək üçün təsirli tədbirlər görmək lazımdır. Regionlara sərmayənin cəlb edilməsinin mexanizmini təkmilləşdirmək, miqyaslarını genişləndirmək, ondan istifadənin səmərəliliyini artırmaq lazımdır. Hər il iqtisadiyyata yönəldilən 18 milyard manatlıq sərmayənin cəmi 10 faizinin, yəni heç olmasa, 1,8 milyard manatının əlverişli şərtlərlə, şəffaflıq və hesabatlılıq şəraitində regionlarda rəqabətə davamlı, perspektivli iş yerlərinin açılmasına yönəltmək lazımdır. Eyni sözləri kreditlər barədə də demək olar…", – deyə Əli Məsimli bildirib.

Sosial       Tarix: 21 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun cəbhədən son durum qurban bayrami 2026 cəbhədən görüntüleri