İnsanlarda deputatların belə eybəcər və qeyri-etik açıqlama verə biləcəyinə inam formalaşıb

İnsanlarda deputatların belə eybəcər və qeyri-etik açıqlama verə biləcəyinə inam formalaşıb"Son günlər sosial şəbəkələrdə Milli Məclisin deputatlarının adından yayılmış saxta məlumatlar geniş müzakirələrə səbəb olub. Əsas problem bu dezinformasiyaların emal olunaraq paylaşılması deyil. Daha ciddi məsələ odur ki, cəmiyyət bu dezinformasiyalara, saxta məlumatlara asanlıqla inanır. İnsanlarda deputatların belə eybəcər və qeyri-etik açıqlama verə biləcəyinə inam formalaşıb. Azərbaycanın 34 illik müstəqillik tarixi ərzində heç vaxt bu qədər zəif və səriştəsiz parlament olmayıb".
azxeber.com xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Samir Feyruzov deyib.
O qeyd edib ki, deputatlatın əksəriyyəti ictimai etimadı itibilər: "Bu gün Milli Məclis nə cəmiyyətin gözləntilərini ifadə edir, nə də ölkənin siyasi gündəminə real təsir göstərir. Deputatlar ayrı-ayrılıqda dövlət üçün ağır bir yükə çevrilib. Deputatların əksəriyyəti ictimai etimadı itirib və parlamentin nüfuzu tarixdə görünməmiş dərəcədə aşağı səviyyəyə enib. Müşahidələr göstərir ki, Milli Məclisin fəaliyyəti Prezidentin fəaliyyətinə adekvat deyil.
Əksinə, parlament üzvləri ayrı-ayrılıqda bilərəkdən, yaxud bilməyərəkdən Prezidentin addımlarını tormozlamaqla məşğuldur. Bu adamlar xalqa, dövlətə vəkillik etməlidir, amma bu gün dövlət bu adamları qorumaq məcburiyyətində qalıb.
İnsanlarda deputatların belə eybəcər və qeyri-etik açıqlama verə biləcəyinə inam formalaşıbJurnalist qeyd edib ki, köhnə Parlamentlə vidalaşmağın vaxtıdır:
"Hakimiyyətdəki köhnə komanda üzvləri II Qarabağ müharibəsindən öncə mərhələli şəkildə vəzifədən uzaqlaşdırıldı. Dövlət haqlı olaraq köhnə komanda ilə müharibəyə getmək istəmədi. Amma yeni kadrlar da gözlənilən nərticəni vermədilər, onları köhnələrdən fərqləndirən yalnız Qərb təhsilli olmalarıdır. Pula, vəzifəyə, kresloya yanaşma eynidir, hətta yeni kadrlar ictimai hesabatlılığı olmayan və daha yırtıcıdır. Bizi hansı sürprizlərin gözlədiyini bilməsək də, köhnə parlamentlə də vidalaşmalıyıq".

Sosial       Tarix: 27 oktyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət bugünkü son xəbərlər xəbər.az xeberlər