İnsanlarda xərçəng xəstəliyinə yoluxma 79% ARTIB - STATİSTİKA

İnsanlarda xərçəng xəstəliyinə yoluxma 79% ARTIB - STATİSTİKABeynəlxalq həkimlər qrupu 1990-cı ildən bəri dünyada 50 yaşdan aşağı insanlarda xərçəng xəstəliyinə tutulma hallarının təxminən 79% artdığını müəyyən edib.
KONKRET.azxəbər verir ki, bu barədə alimlər "BMJ Oncology" jurnalında dərc olunan məqalədə yazır.
Onların sözlərinə görə, bu, gənclər arasında sağlam həyat tərzinin təbliğinin zəruriliyindən xəbər verir.
"Məlumatların təhlili göstərir ki, 1990-2019-cu illər arasında 50 yaşa qədər xərçəngə yoluxma halları təxminən 79% artıb. Bu yaş qrupunda xərçəngdən ölüm halları isə 27% çoxalıb. Ən çox ölüm səbəbi döş, ağciyər və bağırsaq xərçəngi olub. Sağlam həyat tərzinin təbliği bu ölümləri azaldacaq", – deyə tədqiqatçılar yazır.
Ümumilikdə alimlər BMT-yə üzv olan 204 ölkədə 29 müxtəlif növ şiş üzrə toplanmış statistik məlumatları tədqiq ediblər.
Qlobal Xərçəng Epidemiyası
2019-cu ildə dünya üzrə həkimlər bu yaş qrupundakı xəstələrdə 1,82 milyondan çox yenitörəmə aşkar ediblər ki, bu da 1990-cı illə müqayisədə 79% çoxdur. Bütün bu tendensiyalar xüsusilə yüksək iqtisadi inkişaf səviyyəsinə malik regionlarda özünü büruzə verib.
Ölkə səviyyəsində bu rəqəmlər ən çox BƏƏ (1127%), Qətər (1089%) və Səudiyyə Ərəbistanında (896%) artıb. Gürcüstan, Latviya və Litva kimi bəzi ölkələrdə gənclər və qadınlar arasında xərçəngə yoluxma halları azalıb. Eyni zamanda, xərçəngə ən yüksək yoluxma ABŞ və Solomon adalarında (100 min əhaliyə 282 və 83 hal), ən aşağı göstəricilər isə Niger və Küveytdə (100 min nəfərə 31 və 9 hal) müşahidə olunub.
Alimlərin fikrincə, əgər yaxın illərdə bu problemlər aradan qaldırılmasa, növbəti onilliyin əvvəlində əlli yaşa qədər kişi və qadınlarda xərçəng xəstəliyinə tutulma halları 31% artacaq. Tədqiqatçılar bu qənaətə gəliblər ki, bu, dünyanın əksər ölkələrində səhiyyə sistemlərinə əlavə yük qoyacaq.
İqbal Rzayev,
KONKRET.az

Sağlamlıq       Tarix: 06 sentyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər valyuta məzənnələri zelzele valyuta mezennesi