İnsanların müalicə hüququ kobud şəkildə pozulur - ARAŞDIRMA

İnsanların müalicə hüququ kobud şəkildə pozulur - ARAŞDIRMASon günlər əhali arasında geniş yayılan yeni növ qrip virusu narahatlığa səbəb olub. Mütəxəssislər təşvişə düşməyə ciddi əsas olmadığını bildirirlər. Bununla yanaşı, hər hansı narahatlığı olan şəxslərə virusdan qorunmaq üçün evdə qalmaları, işə getməmələri tövsiyə edilir. Amma müşahidələr göstərir ki, hazırda çalışan vətəndaşların bülletenə çıxması ilə bağlı problemlər var. Xəstələrdən poliklinikaya gəlmələri tələb olunur. Bəzən poliklinikaya müayinəyə gedənlərə "ciddi bir ağırlaşma yoxdur, bülleten aça bilmərik" cavabı verilir.
Bəs görəsən, xəstəyə bülleten açılması üçün təsdiqlənmiş prosedur necədir? Hansı hallarda bülleten açılmasından imtina edilə bilər?
KONKRET.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
Maksimum altı gün
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Kaspi"nin sorğusuna cavab olaraq bildirilib ki, xəstəlik vərəqəsinin verilməsi qaydaları Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli "Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi" haqqında təlimatı ilə tənzimlənir: "Sığortaolunanın tibb müəssisəsinə xəstəlik və ya xəsarət nəticəsində müraciəti əsasında əmək qabiliyyətini müvəqqəti itirdikdə xəstəlik vərəqəsi həmin gündən tibb müəssisəsinin həkimi tərəfindən hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya xəsarət üzrə 6 gündən artıq olmayaraq tərtib edə bilər. Məlumat üçün bildirək ki, vətəndaşın səhhətində ağırlaşma baş verərsə və nəticədə o, tibb müəssisəsinə müraciət etməzsə, bu zaman tibb müəssisəsinə çağırış verilməli və evdə həkim baxışı həyata keçirilməlidir. Bu zaman xəstəlik vərəqəsi 3 gün müddətinə açılır. Növbəti mərhələdə vətəndaşın səhhəti onun tibb müəssisəsinə müraciət etməsinə mane olarsa, bu zaman yenidən çağırış verilməli və xəstəlik vərəqəsi növbəti 3 gün müddətinə uzadılmalıdır".
Qurumun məlumatında o da vurğulanıb ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin altı gündən çox artırılması Həkim Məsləhət Komissiyasının rəyi əsasında uzadılır. Altı gündən sonra vətəndaşın ümumi vəziyyəti kafi olmazsa, Həkim Məsləhət Komissiyasına göndərilir. Bu zaman xəstəlik vərəqəsi laborator, eləcə də instrumental analizlərin nəticəsi əsasında uzadıla bilər. Lakin vətəndaş mütləq altıncı gün tibb müəssisəsinə gəlməli və müvafiq analizlər verməli, tələb olunan halda instrumental müayinələrə cəlb edilməlidir.
Hansı halda imtina edilə bilər?
Həkim-terapevt Rasif Bağırov deyib ki, xəstəyə bülleten açılması barədə qərar həkim tərəfindən verilməlidir: "Bununla bağlı ilkin olaraq xəstə tibb müəssisəsinə müraciət etməlidir. Bu zaman həkim xəstəni müayinə edir və xəstəlik diaqnozu qoyur. Əgər xəstəlik iş qabiliyyətinə təsir edirsə, həkim bülleten açılmasını əsaslandırır. Xəstəlik vərəqəsi yalnız akkreditə olunmuş tibb müəssisələri tərəfindən verilir. Bülleten xəstənin adını, soyadını, atasının adını, xəstəliyin başlama tarixini və müddətini, diaqnozunu və həkimin adını ehtiva edir. Xəstəliyin davam etməsi halında bülletenin müddəti uzadılır. Tam sağalma halında isə həkim bülletendə "bağlandı" qeydi aparır və iş qabiliyyətinin bərpa olunduğunu göstərir. Xəstəlik vərəqəsi işəgötürənə təqdim edilir".
Onun sözlərinə görə, xəstəliyin ağırlığından asılı olaraq, xəstəyə müalicə müddəti təyin olunur və bülleten açılır: "Tutaq ki, xəstənin temperaturu və öskürəyi varsa, amma ağciyərlərində hansısa dəyişiklik baş verməyibsə, ona bir həftəlik bülleten açılır və ev şəraitində müalicə kursu yazılır. Amma xəstənin temperaturu yoxdursa, ağciyərlərində dəyişiklik baş verməyibsə, sadəcə halsızlıq və bədən ağrıları varsa, o, dərmanlarını qəbul edərək işinə davam edə bilər. Bu halda bülleten açılmasından imtina edilir. Yaxud, xəstənin yüksək təzyiqi varsa, ona ilkin olaraq üç günlük bülleten açılmalı və müalicəsi aparılmalıdır".
İnsanların müalicə almaq hüququ kobud şəkildə pozulur
Həkim bildirib ki, bəzən idarə və müəssisələr bülleten açdırmaq istəyən xəstə əməkdaşlarını işdən qovmaqla hədələyirlər: "Demək olar ki, bu tendensiya geniş yayılıb. Əksər idarə və müəssisələrdə xəstə əməkdaşları işə gəlməyə məcbur edirlər. Hətta bəzən qanunsuz şəkildə işçiləri işdən qovmaqla hədələyirlər. Halbuki hər bir xəstə insanın müalicə almaq hüququ var. İnsanların bu hüququ kobud şəkildə pozulur".
Mütəxəssis vurğulayıb ki, işəgötürənlərin bülleten açdırmaq istəyən xəstə əməkdaşlarına hədə-qorxu gəlməsi səbəbsiz deyil: "Məsələn, elə müəssisələr var ki, 2-3 adamın işi bir nəfərə tapşırılır. Həmin şəxs də işə getməyəndə iş prosesi pozulur. Ona görə də işəgötürənlər müxtəlif yollarla işçilərini xəstə-xəstə işə çıxmağa məcbur edirlər".
Həkim çağırışa gəlmirsə…
R.Bağırovun sözlərinə görə, bəzən həkimlər də bülleten açmaqdan imtina edirlər: "Adətən, vətəndaş xəstə halda poliklinikaya həkim müayinəsinə gedir. Həkim də fikirləşir ki, əgər xəstə həkim müayinəsinə gələ bilibsə, deməli, bunun vəziyyəti normaldır. Bu halda bülleten açmaqdan imtina edir. Ona görə də xəstələr çox vaxt evə çağırış edirlər. Çünki xəstə insanın xəstəxanaya həkim müayinəsinə getməsi yoluxmanın artması deməkdir. Əgər həkim çağırışa gəlmirsə və israrla xəstəni poliklinikaya dəvət edirsə, bu halda bütün məsuliyyət həkimin üzərinə düşür. Çağırış varsa, mütləq yerinə yetirilməlidir. Həkim gəlməsə, baş həkimə müraciət edilməlidir. Çağırışı yerinə yetirməyən həkim mütləq cəza almalıdır".
"Xəstələnən şəxslər qeydiyyata alınmalıdır"
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə ölkədə mövcud epidemioloji vəziyyətin qarışıq olduğunu bildirərək qeyd edib ki, bu istiqamətdə əhali ciddi maarifləndirilməlidir: "Bir tərəfdən "Omicron" ştamının mutasiya variantları, digər tərəfdən yeni viruslar, eləcə də qrip virusunun özü xeyli qarışıq mənzərə yaradıb. Hazırda əhali arasında geniş yayılma imkanları var və biz xeyli insandan şikayətlər alırıq".
Ekspert vurğulayıb ki, müalicə yalnız həkim təyinatı əsasında aparılmalıdır. Xəstələr yataq rejimində olmalıdırlar: "Təəssüf ki, bəzən insanlar yataq rejimini gözləmirlər, işə çıxır, kollektivi yoluxdururlar. Əslində, poliklinikalarla vətəndaşlar arasında interaktiv əlaqə qurulmalıdır. Prosesə sahə həkimləri, pediatrlar cəlb olunmalıdır. Xəstələnən şəxslər qeydiyyata alınmalıdır. Yəni, bu sahədə düzgün sistem yaradılmadıqca, problemlər də ortaya çıxacaq. Bu gün vətəndaş bülleten ala bilmir, xəstə-xəstə işə gedib daha çox insanı yoluxdurur və problem daha ciddi şəkil alır. Hesab edirəm ki, bu məsələnin sistemə salınması həm profilaktika, həm də müalicə istiqamətində bir addım olacaq".
KONKRET.az

Sağlamlıq     Baxılıb: 555   Tarix: 27 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

DİQQƏT! Ölümcül xəstəliyiniz varsa, bədəndə bu dəyişikliklər baş verir

Orqanizmimizdə hər hansı bir problem yarandıqda, immun sistemi buna reaksiya verir və ümumi sağlamlığın qorunması üçün müəyyən siqnallar göndərir. Bu hal dünyanın ən təhlükəli xəstəliklərindən biri olan xərçəng zamanı d

Ətdən tam imtina etmək ciddi fəsadlar verir

Ətin rasiondan çıxarılması anemiya və dəmir çatışmazlığının inkişafına, endokrin pozğunluqlara səbəb ola bilər. -a istinadla xəbər verir ki, diyetoloq Yelena Tixomirovanın sözlərinə görə, ətdən imtina etmək qərarına gələ

Ağrıkəsicilər ağrıları niyə kəsmir? - Saxta, keyfiyyətsiz dərmanlar

Son dövrlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə dərman preparatlarının, xüsusilə də ağrıkəsicilərin əvvəlki kimi təsir göstərmədiyi ilə bağlı iddialar daha tez-tez səsləndirilir. Vətəndaşlar eyni dərmanı qəbul etdiklər

Xərçəng riskini azaldan orqan - Alimlərdən yeni kəşf

Tibb dünyasında uzun illərdir yetişkinlərdə funksiyasını itirdiyi düşünülən və bəzən cərrahi yolla çıxarılan timus vəzinin əslində immun sistemini gücləndirərək xərçənglə mübarizədə və ürək sağlamlığında önəmli rol oynadığ

40 yaşdan yuxarı insanlar üçün təhlükəli qidalar - Xəbərdarlıq

40 yaşından etibarən pəhrizinizə əlavə diqqət yetirməlisiniz. xəbər verir ki, 40 yaşlarınızda bədəndə bir çox fizioloji dəyişikliklər başlayır. Metabolizm yavaşlayır, əzələ kütləsi azalır və bədən yağı artmağa meyllidir

Qulaqlarınızı kar edə bilər - Hər kəs istifadə edir

Son illərdə qulaqcıqlardan gündəlik istifadə xeyli artıb. Musiqi dinləmək, film izləmək və telefon danışıqları üçün geniş istifadə olunan bu cihazların sağlamlığa təsiri isə tez-tez müzakirə olunur. Mütəxəssislər bildirirlə

Xurma və "Genetik Cahillik": Ramazan süfrələrinin gizli həqiqətləri

Ramazan ayı yaxınlaşdıqca süfrələrin tacı olan xurma yenidən gündəmə gəlir. Lakin çoxumuz yediyimiz bu meyvənin mənşəyi, növləri və istehsal prosesi haqqında səthi məlumatlara sahibik. . KONKRET.azmilliaz-a istinadən xəbə

Hər gün bir fincan cökə çayı içməyin möcüzəvi təsirləri

Qış aylarının əvəzolunmaz içkilərindən biri olan cökə çayı təkcə gözəl qoxusu ilə deyil, həm də saysız-hesabsız sağlamlıq faydaları ilə seçilir. -a istinadən xəbər verir ki, əsrlər boyu mətbəxdə mühüm yer tutan cökə çay

Estetik əməliyyatlar məhdudlaşdırılır? – Qadağalar tətbiq oluna bilər

Son illər estetik əməliyyatlara marağın artması cəmiyyətdə yeni bir tendensiya formalaşdırıb. Əgər əvvəllər yalnız burun əməliyyatları üstünlük təşkil edirdisə, bu gün bədənşəkilləndirmə, liposaksiya, sinə dikləşdirmə kim


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber cəbhədən son xeber cəbhədən son məlumat metbuat