Azərbaycanda şəkərli və qazlı içkilər ləğv ediləcək? - Həkimdən uşaqlarla bağlı XƏBƏRDARLIQ

Azərbaycanda şəkərli və qazlı içkilər ləğv ediləcək? - Həkimdən uşaqlarla bağlı XƏBƏRDARLIQRusiyanın Milli Valideynlər Komitəsinin rəhbəri İrina Volynets azyaşlılara şəkərli qazlı içkilərin satışının qadağan edilməsini təklif kimi irəli sürüb. Maraqlıdır, Azərbaycanda azyaşlılara şəkərli qazlı içkilərin satışı qadağan edilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, bu cür içkilərin orqanizmə zərəri yalnız normadan artıq istifadə edildikdə yaranır.
Azərbaycanda şəkərli və qazlı içkilər ləğv ediləcək? - Həkimdən uşaqlarla bağlı XƏBƏRDARLIQOnun sözlərinə görə, qazlı içkilərin tərkibində olan natrihidrokarbonat maddəsi mədəyə düşdükdə hidrogen və karbon qazına parçalanır, bu da mədədə turşuluğu müəyyən qədər artırır:
"Qaz uşaqlara və böyüklərə xoş gəldiyinə görə hamı içir. Amma bu, orqanizm üçün zəhərli proses deyil. Əgər insan onu normadan artıq qəbul edirsə, bu artıq zərərlidir. Lakin bunun satışını qadağan etmək düzgün deyil."
Rasif Bağırov hesab edir ki, Rusiyada irəli sürülən təklif sovet sistemindən qalma yanaşmanı xatırladır:
"Sovet dövründə karatenin ləğv edilməsinin məqsədi polisin idmançılardan qorxması idi. İndi də bu təklif eyni məntiqlə səslənir. Bütün insanlar qazlı içki içir deyə, onların hamısına zərərli damğası vurmaq doğru deyil."
Terapevt uşaqlarda şəkərli məhsullara meyilliyin qarşısının valideyn nəzarəti ilə alınmalı olduğunu vurğulayıb:
"Uşaqlar normadan artıq şirniyyat qəbul etməməlidirlər ki, orqanizmdə şəkərə meyillik yaranmasın. Amma satışın qadağan olunması düzgün deyil. Çünki insan orqanizminin 80 faizi enerjisini şirin məhsullardan alır. Ola bilər ki, uşağın orqanizmi buna ehtiyac duyur. Qadağa qoymaq mənasız düşüncədir."
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 17 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal cəbhədən ən son xəbər cəbhədən canlı sou xeberler bugun