Uşaqlar arasında virus panikası - Səhiyyə Nazirliyinin açıqlaması
Azərbaycanda son günlər uşaqlar arasında səpki, qusma, ishal və halsızlıq kimi simptomlarla müşahidə olunan xəstəlik yayılıb. Həkimlər bu halların çox vaxt koksaki virusu ilə əlaqəli olduğunu deyirlər.
KONKRET.az xəbər verir ki, "yeni sabah"ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, bu kimi hallar əsasən mövsümi xarakter daşıyır və müxtəlif respirator virus infeksiyaları ilə əlaqəli ola bilər.
Qurumdan qeyd olunub ki, hazırda ölkədə koksaki virusuna çox azsaylı yoluxma halları müşahidə olunur:
"Tibb müəssisələrinə müraciət edən uşaqlar arasında yalnız tək-tək sporadik hallar qeydə alınıb. Koksaki virusu adətən 3-10 yaş arası uşaqlarda rast gəlinir və əsasən yüngül gedişli olur".
Mərkəzdən həmçinin bildirilib ki, virus tənəffüs-damcı yolu ilə (asqırma, öskürmə zamanı), eləcə də çirklənmiş səthlərdən əllər vasitəsilə ötürülə bilər. Əlamətlər adətən 2-5 gün ərzində keçib gedir və xüsusi müalicə tələb etmir.
"Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən vəziyyət daimi nəzarətdə saxlanılır və hər hansı epidemioloji risk müşahidə edilmir", – qurumdan qeyd olunub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi