Sarımsaq əzməsini ziyilin üstünə vurun - Yox edəcək

Sarımsaq əzməsini ziyilin üstünə vurun - Yox edəcəkHəkim uşaqlarda ziyillərdən xilas olmaq üçün hansı xalq üsullarının təhlükəsiz olduğunu açıqlayıb.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, uşaqlarda ziyillərin müalicəsində bəzi xalq üsullarından istifadə oluna bilər, lakin bu metodlara yalnız dermatoloqla məsləhətləşdikdən sonra müraciət edilməlidir. Bunu tibb elmləri namizədi, Piroqov Universitetinin Uşaq xəstəlikləri İnstitutunun dosenti Olqa Tarasova deyib.
Onun sözlərinə görə ziyillər daha çox 12-16 yaş arasında müşahidə olunur, lakin məktəbəqədər yaşlı uşaqlarda da kifayət qədər rast gəlinir.
"Demək olar ki, hər ikinci uşaq həyatında heç olmasa bir dəfə bu problemlə üzləşib. Əsas səbəb isə yerli və ya ümumi immunitetin zəifləməsidir. Virus bir çox insanda mövcuddur, lakin o yalnız uyğun şəraitdə özünü göstərir. Dəriyə xırda travmalar, həddindən artıq tərləmə, stress, yorğunluq, vitamin çatışmazlığı, habelə dar geyim və ayaqqabı bu prosesə təkan verir", – deyə Tarasova bildirib.
"Bəzi hallarda ziyillər bir neçə ay ərzində öz-özünə yox ola bilər. Lakin bəzən onlar bir ildən çox müddətdə sağalmaya müqavimət göstərir. Müasir metodlarla ziyili bir-iki prosedurla çıxarmaq mümkündür, amma virusun dəridə tam zəiflədilməsi və təkrarlanmanın qarşısının alınması üçün vaxt və səbr tələb olunur".
Həkim qeyd edib ki, xalq təbabətində çox vaxt çistotel şirəsi və ya əzilmiş sarımsaqdan hazırlanan qarışıqdan istifadə edilir. Lakin bu maddələr yalnız ziyilin özünə tətbiq olunmalıdır ki, sağlam dəriyə yanıq vurmasın. Bundan başqa, ziyilləri sirkə turşusu ilə də yandırmaq olar, amma bu üsul yüksək ehtiyat tələb edir.
"Xüsusilə sirkə turşusundan istifadə çox diqqət tələb edir, çünki kimyəvi yanıq riski böyükdür. Belə üsullara yalnız həkimlə məsləhətləşdikdən sonra başlamaq lazımdır və nəticə də adətən daha gec alınır", – deyə mütəxəssis xəbərdarlıq edib.
Tarasova həmçinin aptek vasitələrinə salisilik turşusu tərkibli plastır və məhlullara, eləcə də krioterapiya üçün xüsusi dəstlərə diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə ziyillərin ən sürətli və effektiv çıxarılması klinika şəraitində yüksək tezlikli radiodalğa aparatı ilə mümkündür.

Sağlamlıq       Tarix: 30 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin


yeni xeberler azerbaycan xeberleri son xeberler xabarlar xeberler bugünki xəbərlər bu gune olan xeberler