İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş
Xəbər verdiyimiz kimi, tanınmış müğənni Nazim Pişyari (Faytonçu) xəstəxanaya yerləşdirilib. Sənətçi işemik insult keçirib və küçədə yıxılaraq qapalı kəllə-beyin travması alıb.
azxeber.com-un əldə etdiyi məlumata görə, sənətçiyə qısa zaman bundan öncə böyrək transplantasiyası (köçürülməsi) əməliyyatı icra olunub.
Nazimin səhhəti ilə bağlı danışan yaxın dostu müğənni Ceyhun Bakinski məlumatı təsdiqləyib:
"Mən də xəbəri mətbuatdan oxumuşam. Hələ heç kəs ilə əlaqə saxlaya bilmirəm. Telefonlara heç kəs cavab vermir. O bir müddət öncə böyrək köçürmə əməliyyatı olunub".
Qeyd edək ki, müğənni ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişiyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
30 yanvar 2025-ci il saat 23:56 radələrində 1968-ci il təvəllüdlü kişi Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib. Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub".
Aysel Hacızadə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Ferhat Göçer Bakıda konsert verəcək