İran ABŞ-dan nüvə razılaşmasına dair təminat istəyib
Bizim Hərtərəfli Birgə Fəaliyyət Planından əlavə tələbimiz yoxdur.
KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian qətərli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O, "altılıq" ölkələri ilə İranın nüvə proqramına dair yaxşı və güclü razılaşma əldə etmək əzmində olduqlarını vurğulayaraq bildirib ki, Amerikanın iddia etdiyi kimi Hərtərəfli Birgə Fəaliyyət Planından əlavə heç bir tələbləri yoxdur: "Danışıqlarımız Hərtərəfli Birgə Fəaliyyət Planının əsasında aparılır. Danışıqlar zamanı biz Amerika tərəfinə bildirdik ki, İranın iqtisadi maraqlarına mane olan hər şeyi aradan qaldırsın".
Nazir qeyd edib ki, Amerika İranın 2015-ci il müqaviləsinin bütün üstünlüklərindən istifadə edəcəyinə dair öhdəlik götürməlidir.
"Amerika tərəfinin indiyə qədər bizə təminat verə bilmədiyi budur", – XİN rəhbəri əlavə edib.
Xatırladaq ki, İranın xarici işlər naziri Tehrana səfər edən Qətərin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb.//APA

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?