İran - Azərbaycan münasibətləri tarixin ən pis dövrünü yaşayır' - Deputat

İran - Azərbaycan münasibətləri tarixin ən pis dövrünü yaşayır' - DeputatArtıq bütün dünya bilir ki, İranda 40 milyona yaxın cənublu soydaşlarımız ayrı-seçkiliyə məruz qalır. İran məhz həmin münasibəti Azərbaycana qarşı da sərgiləyir.
Fars rejiminin riyakar siyasəti iki ölkə arasında qonşuluq münasibətini kökündən sarsıdır.
Bəs, görəsən İran nədən qorxur?
Məsələ ilə bağlı azxeber.com-a danışan Milli Məclisin üzvü Naqif Həmzəyev bildirib ki, İranın əsl siması Azərbaycanın öz gücü hesabına Qarabağ torpaqlarını işğaldan azad etməsindən sonra bəlli oldu:
"Azərbaycan müstəqillik əldə etdikdən sonra, İranla dostluq münasibətləri qurmağa üstünlük verdi və həmişə İranla münasibətlərdə səmimi oldu. Buna əsas var idi, çünki ilk növbədə İran özünü müsəlman dövləti kimi göstərirdi və adında da İslam sözü yazılıbdır. Həmçinin, İran ərazisində 40 milyondan çox Azərbaycan türkü yaşayırdı. Bilirsiz ki, Türkmənçay müqaviləsindən sonra Azərbaycan torpaqları iki yerə bölündü və soydaşlarımızın böyük bir qismi həmin ərazilərdə qaldı. Daha sonra isə orada İran dövləti quruldu. Bu baxımdan da İran Azərbaycanla dostluq, qardaşlıq və səmimi münasibətlər qurmağa üstünlük verirdi. Amma təəssüflər olsun ki, Azərbaycan torpaqları işğal olunduqdan sonra İran birbaşa olaraq Ermənistana qarşı hər hansı sanksiya və ya təzyiq həyata keçirmədi. Ancaq Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycana qarşı qərəz ortaya qoydu. İranın əsl siması, üzü bundan sonra görünməyə başladı".
Deputat qeyd edib ki, cənubda yaşayan soydaşlarımızın haqları durmadan tapdalanır:
"Uzun illərdir ki, İranda yaşayan Cənubi Azərbaycanlı soydaşlarımızın hüquqları tapdalanır, hərçənd ki, İran konstitusiyasında vətəndaşların öz dillərində məktəb açmaları, təhsil almaları yazılmış olsa da, bu günə qədər Azərbaycan dilində, türk dilində bir dənə də olsun məktəb yoxdur. Əksinə, çox kiçik sayda olan Ermənilər üçün hər cür şərait yaradılıbdır. Faktiki olaraq, fars rejimi Ermənilərin vasitəsilə qeyri-qanuni ticarətlə məşğul olurlar, öz var-dövlətlərini artırırlar. Ancaq Azərbaycana gəldikdə isə, bizim soydaşlarımız təqiblərə məruz qalır, onları müxtəlif adlar altında edam edirlər. Bir sözlə, fars rejimi İslam adından istifadə edərək İran ərazisində olan 40 milyondan çox azərbaycanlının hüquqlarını pozur və onların dillərində danışmalarına, mədəniyyətlərlərini qoruyub saxlamağa maneçilik törədirlər. 
İran təəssüflər olsun ki, İslam mövqeyindən yox, fars rejimini qorumaq üçün bu addımları atırlar. Amma gec-tez Azərbaycan türkü olan soydaşlarımızın hüquqları bərpa olunacaq, onlar öz dillərində təhsil almaq, qəzet və jurnallar buraxmaq və həmçinin öz mədəniyyətlərini qorumaq, saxlamaq və təbliğ etmək haqqını əldə edəcəklər. Düşünürük ki, soydaşlarımızın buna haqqı var. Dünya ictimaiyyəti də buna göz yummamalıdır. 40 milyondan çox azərbaycanlının səsini eşitməlidirlər. İran fars rejiminin Ermənistanı dəstəkləməsi onların erməni faşizminə dəstək verdiklərini, Xocalı, Ağdaban faciəsini və digər müharibə cinayətlərini törətməsinə şərik çıxmaqlarını bir daha sübut edir. Bu baxımdan da ən qısa zamanda İran rejimi düzgün yola gəlməlidir və Ermənistanla əlaqələrini dayandırmalıdır".
Mövzu ilə bağlı politoloq Turan Rzayev də azxeber.com-a öz fikirlərini deyib. 
Politoloq bildirib ki, İran üçün Azərbaycan həmişə təhdid olub:
"Əslində İranın Azərbaycana qarşı sərgilədiyi bu mövqe təcrid edilməməlidir, çünki rəsmi Tehran üçün Azərbaycan hər zaman potensial təhdid olubdur və 40 milyon Cənubi Azərbaycan faktoru həmişə İranı narahat edib. SSRİ dağılandan sonra İranın şimalında bir Azərbaycan adlı ölkənin yaradılması İran üçün ilk ciddi siqnal oldu. Hansı ki, şimalda yaranan Azərbaycaın 40 milyon, yəni əsas əhalisiz məhz İran ərazisində yaşadığı üçün İran gələcəkdə Azərbaycanın bu ərazilərə iddia edəcəyi və yaxud cənubun da şimalı görərək həvəslənib etiraz aksiyalarına başlayacağı düşünürdü. Məhz buna görədir ki, 30 il müddətdə Azərbaycanın işğal edilmiş Qarabağ torpaqlarında haqq-ədalətin bərpa edilməsi istiqamətində İran heç bir addım atmadı. Əksinə, dəfələrlə Azərbaycana maneçilik törətdi və eyni qaydada da Ermənistana dəstəyini ifadə etdi. 44 günlük Vətən Müharibəsi gedişində İran Azərbaycana qarşı ən neqativ münasibət göstərən ölkələrdən olub. Biz bunu 500 tona yaxın silahın Ermənistana məhz İran vasitəsilə çatdırıldığınında gördük". 
Politoloq qeyd edib ki, Azərbaycanın hazırda ən qüdrətli dövlətlərdən biri olması İranı daha çox təşvişə salır:
"Əlbəttə ki, 40 milyon azərbaycanlı faktoru İran üçün ciddi narahatlıq doğurur və bugünkü vəziyyətdə Azərbaycanın ən qüdrətli olduğu dövrdə İran daha çox təşviş içindədir. Düşünürlər ki, Azərbaycan öz müqəddaratını təyin edəcək ki, bu həqiqətən də belədir. Bu gün İranda azərbaycanlılar faktiki olaraq diskriminasiyaya məruz qalır. Təhsil haqlarından məhrum ediliblər, siyasi fəaliyyətlərinə qadağa qoyulub, ana dillərində danışa bilmirlər. Müqayisə üçün deyim ki, bu gün İranda Ermənilərin məktəbləri də, universitetləri də, eyni zamanda kilsələri də fəaliyyət göstərir. Amma gəl gör ki, azərbaycanlılara qarşı bu haqların 1/10-i tanınmır. Bu həm də İranın öz konstitusiyasının 4-cü maddəsinin pozulması deməkdir, hansı ki, konstitusiyada qeyd olunur ki, ölkə ərazisindəki bütün etnik azlıqlar eyni hüquqlara malikdirlər. Ancaq, Ermənistan xaric heç bir etnik azlıq hüquqlarından istifadə edə bilmir, əksinə məhrum edilir".
Siyasi şərhçi əlavə edib ki, İranda yaşayan azərbaycanlılar illərdir ki, İranın despotist siyasətindən beziblər və öz müqəddəratlarını təyin etmək istəyirlər:
"Faktiki olaraq, Məhsa Əmininin ölümündən sonra, İranda başlayan etiraz aksiyalarına Cənubi Azərbaycanın da qoşulması hərəkatın hazırda müstəqillik hərəkatı konteksinə keçməsinin səbəbidir. Azərbaycanlılar illərdir ki, İranın despotist siyasətindən beziblər və öz müqəddəratlarını təyin etmək istəyirlər.
Ümumiyyətlə, biz bunu ona görə Azərbaycanın müqədəratını təyin etmək kimi qiymətləndiririk ki, müqayisə etsək, Ermənilər Sovet dövründə Azərbaycanda parlamenti təmsil edirdilər, təhsil də ala bilirdilər, amma buna baxmayaraq, ermənilər Ermənistanın, Rusiyanın dəstəyilə separatçılığa başladılar. Cənubi Azərbaycanda isə azərbaycanlıların təhsil almaq istəməsi, öz dillərində danımaq hüquqları yoxdur. Xalqları ikinci planda saxlayanda bu zaman həmin xalqlar öz müqəddəratlarını təyin etmək hüququndan istifadə edə bilərlər. Bu heç bir halda separatizmlik adlana bilməz, əksinə müstəqillik hərəkatıdır".
Politoloq hesab edir ki, İran mövcud etiraz aksiyalarının qarşısını ala bilməyəcək:
"Bu gün, əlbəttə ki, İranla Azərbaycan arasındakı münasibətləri də biz toxunduqda qeyd etməliyik ki, İran faktiki olaraq, qonşuluq münasibətlərinə sığmayan davranışlar sərgiləyir. Rəsmilərin, eyni zamanda televiziya kanallarındakı rəsmilərin verdiyi açıqlamalarından da biz görürük ki, İranın göstərdiyi mövqe açıqca riyakarlıqdır və düşmən mövqeyindən başqa bir şey deyil. İndi də Azərbaycana və Naxçıvana qarşı ərazi iddiaları irəli sürürlər. Təbii ki, İran başa düşür ki, mövcud etiraz aksiyalarını yatıra bilməyəcək və ənənəvi İsrail-ABŞ düşmənçiliyindən fərqli olaraq, artıq ətraf ölkələrə düşmən mövqe sərgiləyir. Bu onu göstərir ki, İran hansı vəziyyətdədir. Hansı yollarla xalqı bir arada saxlamağa çalışır. Deyə bilərəm ki, İran və Azərbaycan münasibətləri tarixinin ən pis dövrünü keçirir və ümumən, bundan sonra münasibətlərin normallaşmasından danışmaq doğru deyil. Əlbəttə ki, dövlətlər əbədi düşmən qalmırlar. Amma, artıq Azərbaycanın İrana qarşı mövqeyi açıq-aşkar bəllidir. Azərbaycan Cənubi Azərbaycanın müstəqilliyini təyin etmək üçün sonuna qədər öz gücünü ortaya qoyacaq".
Mikayıl

Siyasi       Tarix: 19 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber novruz bayramı cəbhədən son vəziyyət valyuta mezennesi