İran Azərbaycan vətəndaşları üçün təhlükəli ölkəyə çevrilib - TƏHLİL

İran Azərbaycan vətəndaşları üçün təhlükəli ölkəyə çevrilib - TƏHLİLAzərbaycan tələbə Fərid Səfərlinin İranda casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini bir daha açıq nümayiş etdirmiş oldu.
Almaniyanın Yena Universitetində təhsil olan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F. Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.
O vaxtdan ailəsi Fəriddən məlumat ala bilmirdi. Nəhayət, 3 ay sonra İran-molla rejiminin Fəridi casusluqda ittiham edərək saxladığı barədə məlumat əldə olunub.
İranın Azərbaycan vətəndaşlarına qarşı bu cür absurd ittihamlar irəli sürüb həbs etməsi halları zaman-zaman baş verib.
İrana işləmək üçün gedən azərbaycanlı alim Rəşid Əliyev də 2008-ci ildə qondarma casusluq ittihamı ilə həbs olunmuşdu.
Rəşid Əliyev 2007-ci ildə İran tərəfindən müqavilə əsasında elmi-tədqiqat işlərinə dəvət almış, orada kvant elektronikası sahəsində elmi-tədqiqat işlərində iştirak etmişdi. Şirkətin rəhbərliyi ona dəfələrlə İran vətəndaşlığını qəbul etməsini və daimi İranda qalıb işləməsini təklif etsə də, Rəşid Əliyev bundan imtina etmiş, Azərbaycana qayıtmışdı. 2008-ci ildə isə Rəşid Əliyevi yenidən İrana dəvət edərək, müəmmalı şəraitdə həbs etmiş, ona qarşı da qondarma casusluq ittihamı irəli sürmüş, siyasi məhbusların saxlanıldığı məşhur "Evin" zindanında günahsız yerə 1 il 10 ay saxlamışdılar.
Bundan başqa, Azərbaycanın iki gənc şairi Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacıyev) 2012-ci il mayın 2-də İranda həbs olunmuşdu. İrana ədəbi müsabiqədə iştirak üçün gedən gənc şairlər İran təhlükəsizlik qüvvələri tərəfindən qondarma ittihamla həbs olunmuş, üç ay orada həbsdə saxlanılmışdı.
Digər azərbaycanlı alim, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə İsmayılova (Xalid) və onun sürücüsü Şamxal Hüseynov da 2013-cü il aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT tərəfindən qondarma casus ittihamı ilə saxlanılmışdı. Heç bir dəlil-sübut olmadan Xalidə İsmayılova İran dövlət televiziyası tərəfindən casus elan edilmişdi. Alimin həbsdən azad edilməsi həmin il mayın 19-da mümkün olmuşdu.
İrana səfər edən Azərbaycan vətəndaşlarının haqsız yerə, qondarma ittihamlarla, xüsusilə casus ittihamı ilə həbs olunmasına dair siyahını genişləndirmək də olar. Sonuncu olaraq Fərid Səfərlinin casus ittihamı ilə saxlanması, uzun müddət ailəsinə ondan heç bir məlumat verilməməsi İran-molla rejiminin tarixi ənənəsinə sadiq qaldığını göstərir.
Buradan çıxan başqa nəticə isə odur ki, İran təhlükəli ölkədir, ora səfər etmək Azərbaycan vətəndaşları, eləcə də digər əcnəbilər üçün ciddi problemlərə səbəb ola bilər.
Sadalanan faktlar, eləcə də İran dövlətinin mahiyyəti belə qənaətə gəlməyə əsas verir ki, İrana səfər edən azərbaycanlılar xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür, onların əməkdaşlığa cəlb edilməsinə cəhdlər edilir, bu alınmadıqda isə qondarma səbəblərlə həbs edilir və ciddi problemlər yaşamağa məcbur olurlar.
Son vaxtlar Azərbaycanda İranın casus şəbəkəsi ifşa olunduqca, Tehranın öz mahiyyətinə uyğun əməllərə əl atdığı aydın görünür.
Yaranmış vəziyyətdə Azərbaycan vətəndaşları İran dövlətinin mahiyyətini anlamalı, bu ölkəyə səfər etməkdən çəkinməlidirlər.
İranla sərhədlər bağlı olsa da, bəzi vətəndaşlarımız oraya üçüncü ölkələr vasitəsilə səfər edirlər. Elə Fərid Səfərli də İrana Almaniyadan səfər edib. Nəticə isə budur ki, o, İran xüsusi xidmət orqanlarının qondarma ittihamı ilə üzləşərək, haqsız yerə həbs olunub.
İran bu hərəkətləri ilə Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasətini davam etdirir. Həmişə Ermənistanın yanında olan Tehran rejimi 44 günlük müharibə zamanı, ondan sonrakı dövrdə də bunu şəkildə ortaya qoydu. Ermənistanla sülh müqaviləsi istiqamətində görülən işlərin intensivliyi artdıqca, sülh yaxınlaşdıqca isə İran daha da aqressivləşir. İran-molla rejiminin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi imzalanmasını, son nəticədə, bütövlükdə regiona dinclik, əmin-amanlıq gəlməsini istəmədiyi ortadadır. Odur ki, Tehranın ölkəmizə qarşı bəd əməllərini bundan sonra da davam etdirəcəyini nəzərə almalı, cənubdan gələn hər cür təxribatlara hazır olmalıyıq.
Bir məqamı vurğulamaq yerinə düşər ki, beynəlxalq praktikada düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərləri ilə bağlı məhdudiyyətlər var, hətta bununla bağlı cəza tədbirləri görülür. Məsələn, Vaşinqton və Tokio ABŞ və Yaponiya pasportlarından istifadə etməklə Şimali Koreyaya səfərləri qadağan edib. Eyni addım Azərbaycan tərəfindən İrana münasibətdə də atıla bilər. Çünki İran-molla rejimi atdığı addımlarla Bakıya başqa seçim imkanı buraxmır.
APA / konkret.az

Siyasi       Tarix: 02 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar sonxeber.az bu gune olan xeberler en son xeber