İran azərbaycanlı icma sədrini niyə öldürmək istəyib?

İran azərbaycanlı icma sədrini niyə öldürmək istəyib?ABŞ-ın nüfuzlu "Vaşinqton Post" qəzetinin 2025-ci ilin yanvar ayında Azərbaycanda yəhudi dini icmasının sədrinə qarşı hazırlanan sui-qəsd cəhdi barədə yayımlanan məqaləsindəki faktlar həqiqəti əks etdirirsə, bu, İrandakı mühafizəkar qüvvələrin ölkəmizə qarşı siyasətinin dəyişmədiyi göstərir. Məqalədə İranın kəşfiyyat strukturlarının Gürcüstanda yaşayan narkotik alverçisi olan azərbaycanlı vasitəsilə ravvini öldürmək istədiyi yazılıb. Həmin narkotik alverçisi Azərbaycana gəlib, bu işə digər iki vətəndaşımızı da cəlb etməyə müvəffəq olub. Əsas sual budur: İrandakı dairələr Azərbaycanda yəhudi icmasının sədrini niyə öldürmək istəyiblər?
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
"Bunun bir neçə səbəbi ola bilər. Birincisi, İran kəşfiyyat strukturları Azərbaycanda yaşayan və fəaliyyət göstərən ravvini öldürməklə yəhudilərin məmləkətimizdə rahat və təhlükəsiz yaşantılarına kölgə salmaq istəyiblər. Görünür, düşünüblər ki, belə bir terror aksiyası İsrail-Azərbaycan münasibətlərinə də mənfi təsir edə bilərdi. Halbuki Azərbaycanın kəşfiyyat strukturları cinayətin qarşısını almaqla yəhudilərin ölkəmizdə həqiqətən rahat və təhlükəsiz yaşadıqlarını bir daha təsdiq edib. İkincisi, İran kəşfiyyat strukturları azərbaycanlı ravvinə qarşı sui-qəsd cəhdi vasitəsilə İran-Azərbaycan münasibətlərinin normallaşmasına mane olmaq istəyiblər. Ravvinə qarşı sui-qəsd cəhdi reallaşsaydı, bunun arxasında İranın dayandığı bəlli olacaqdı və bu, istər-istəməz Bakı-Tehran münasibətlərinə mənfi təsir edəcəkdi. Bu halda İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana planlanan səfəri də təxirə salınacaqdı. Halbuki yaxınlarda baş tutacaq bu səfərdən müsbət gözləntilər var. Ancaq bu səfərdən müsbət gözləntilər İranda heç də hamını sevindirmir", – politoloq bildirib.
E.Şahinoğlunun fikrincə, İranın mühafizəkar dairələri hər vəchlə iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmağa çalışırlar:
"Millət vəkilimizə qarşı sui-qəsd təşkil etdilər, Tehrandakı səfirliyimizə terror hücumuna şərait yaratdılar, ali dini liderin nümayəndəsi cümə xütbəsində ölkəmiz əleyhinə açıqlamalar verdi, indi də ravvini öldürmək istəyiblər… İran kəşfiyyatının sui-qəsd üçün Gürcüstanda yaşayan azərbaycanlını seçməsi də təsadüfi deyil. Bu da hiyləgər planın tərkib hissəsidir. İrandakı müxtəlif dairələr Gürcüstan azərbaycanlıları arasında təbliğat işini ildən-ilə gücləndiriblər və təəssüf ki, Gürcüstanın müvafiq strukturları bunun qarşısını ya almır, ya da almaq istəmir. Nəticədə, İrandakı dairələr Gürcüstanda geniş fəaliyyət imkanları əldə ediblər.
Ravvinə qarşı planlanan terror baş tutsaydı, bu, Azərbaycan-Gürcüstan münasibətlərinə də mənfi təsir edəcəkdi. İrandakı dairələrə də elə bu lazımdır. Ancaq İrandakı dairələrin planı bu dəfə alınmadı, onların bizə qarşı növbəti planını ifşa etməyə hazırlaşmalıyıq".

Siyasi       Tarix: 06 aprel 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber az son xeberler bugun 2026 muharibe kriminal xeberler gunun xeberleri